“Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” [Yenilənib]
Tarix: 23.04.2015 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Bakıda “Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edən Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, əsl soyqırım ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib. O, Qərb dairələrində qondarma “soyqırım” mövzusundan Türkiyəyə təzyiq kimi istifadə edildiyini təəssüflə vurğulayıb. M. Qurbanlı deyib ki, hazırda qondarma “erməni soyqırımı”nın faş olunması istiqamətində Azərbaycan və Türkiyənin elm adamları birgə fəaliyyət göstərirlər: “Ermənilər 100 ildir ki, dünyaya tarixdə olmayan “soyqırım”la bağlı yalan, uydurma söyləyirlər. Əslində ermənilər müxtəlif dövrlərdə azərbaycanlılara qarşı soyqırım törədiblər. 100 il əvvələ qayıdana kimi yaxın tarixə - Xocalıda, Qarabağda törədilən soyqırıma diqqət etmək lazımdır. Çünki bu, hazırkı nəslin, bizim şahidliyimizlə baş verib. Ancaq çox təəssüf ki, ermənilər tarixdən ibrət dərsi götürmürlər”.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi əməkdaşı Vasif Qafarov nəzərə çatdırıb ki, ermənilər indiyədək soyqırıma məruz qaldıqlarını sübut edəcək faktlar ortaya qoymayıblar. O qeyd edib ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımlar araşdırılır və əslində ermənilərin Azərbaycana qarşı soyqırım törədiyi sübuta yetirilib: “Həmin dövrdə fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının məlumatlarına əsasən təkcə 3 gün ərzində 12 min insan qətlə yetirilib. Qətlə yetirilənlərin miqyası çox böyükdür. Bakıda başlanan bu qırğın Azərbaycanın demək olar ki, bütün bölgələrini əhatə edib. Şamaxı qəzasında 110 kəndin 105-i dağıdılıb. Birinci Dünya müharibəsi illərində ermənilərin soyqırımına məruz qalan bölgələrdən biri də Naxçıvan Muxtar Respublikasının ərazisi, Şərur, Sədərək qəzaları olub. Burada təxminən 18 min insan qətlə yetirilib. Biz 6 bölgə üzrə - Bakı, Şamaxı, Quba, Şərur, Sədərək, Zəngəzurda qətlə yetirilənlərin statistikasını aparmışıq. Məlum olub ki, bu yerlərdə 124 min 236 nəfər qətlə yetirilib. İndiki məbləğlərlə ölkəyə dəymiş ziyan isə 371 milyard dollardır. Şamaxıda 22194 adam qətlə yetirilib. Biz burada qətlə yetirilənlərin bütün kimliklərini ortaya qoymuşuq. Ancaq ermənilərin qondarma soyqırımı ilə bağlı heç bir sübutları yoxdur. Təəssüflər olsun ki, bu gün bir sıra Qərb ölkələri ermənilərin soyqırıma məruz qaldığını iddia edirlər. Tarixə baxsaq, görərik ki, bu ölkələrin özləri tarixdə soyqırım törədən dövlətlər kimi qalıblar”.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bəyan edib ki, hər il ortaq türk tarixinə qarayaxmaların şahidi oluruq: “Biz Çanaqqala savaşında Qərb dövlətlərinin torpaqlarımıza hücumuna baxmayaraq, dünyaya bir barış mesajı göndərməyə çalışırıq. Tarixdən düşmənçilik dərsi götürmürük. Bu gün 1915-ci il hadisələri Türkiyəyə qarşı meydan oxunması kimi anlaşıla bilər. Ancaq əslində bu gün Türkiyə bu iddiaların yalan olduğu barədə dünyaya meydan oxumaqdadır. Əgər biz 1915-ci il hadisələrini araşdırmaq istəyiriksə, anlamaq istəyiriksə, çox daha əvvələ qayıtmalıyıq. Həmin dövrdə Osmanlının hansı şəkildə bölüşdürülməsi haqqında planlardan məlumatlı olmalıyıq. Avropa Parlamentinin “soyqırım”la bağlı qərarına baxdıqda, tarixi siyasətə çevirmək üçün ermənilərdən bir alət kimi istifadə etdikləri görünür. Beynəlxalq aləmin məqsədi ədalətdirsə, Qarabağda, Xocalıda yaşanan bütün faciələri, qətliamları anlamaq və ondan dərs çıxarmaq lazımdır. Ümid edirik ki, 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı olan bütün təşəbbüslər boşa çıxar. Biz öz tarixçilərimiz, o cümlədən erməni tarixçiləri ilə bütün fikriləri, tarixi faktları ortaya çıxararaq, bir ortaq nöqtəyə varmalıyıq”.
YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, erməni yalanlarını beynəlxalq qurumlar qarşısında qaldırmaq və sübuta yetirmək lazımdır: “Burada ilk növbədə tarixi faktlar, real vəziyyət və görüləcək işlər nəzərə alınmalıdır. Tarixi faktlar göstərir ki, ermənilərə qarşı heç bir soyqırım törədilməyib. Real vəziyyət isə bundan ibarətdir ki, Avropa dairələri artıq qondarma “erməni soyqırımı”nı tanımağa çalışırlar. Eyni zamanda bir sıra Avropa dövlətləri Türkiyənin regionda güclənməsindən ehtiyatlanaraq, erməni məsələsindən istifadə edir. Bu baxımdan düşünürəm ki, biz beynəlxalq aləmdə öz işimizi gücləndirməliyik. Diasporlar vasitəsilə ermənilərin yalanlarına qarşı öz təbliğatımızı aparmalıyıq”.
Milli Məclisin sədr müavini Bahar Muradova bu gün qondarma “soyqırım”ı tanıyanların vaxtilə Osmanlı dövlətini işğal etmək istəyənlər olduğunu söyləyib: “Biz şəxsi işlərimiz kənara qoyaraq, daha çox qlobal şəkildə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Daha güclü olmalıyıq. Etiraf edək ki, ermənilərin qondarma “soyqırım”ının tanınması ilə bağlı prosesin qarşısını ala bilmirik. Bu proses başlanıb və davam edir. Buna görə də bizim sakit dayanmağa haqqımız yoxdur. Birlikdə bu işin qarşısını almalıyıq”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info