Avropa Birliyi rəsmisi: “Suda boğulanları xilas etmək Avropa Birliyinin mandatına uyğun deyil”
Tarix: 23.04.2015 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


“Aralıq dənizində miqrantların həyatının xilas edilməsi dəniz patrulları üçün prioritet olmamalıdır”

Qərbdəki dairələrin hazırladıqları planlar nəticəsində həyata keçirilən və Yaxın və Orta Şərqdə böyük faciələrə, dağıntılara, ölümlərə səbəb olan “ərəb baharı”nın dəhşətli fəsadları hələ də davam etməkdədir. Belə ki, “ərəb baharı”nın baş verdiyi Liviya, Suriya və sair ölkələrdə həyat yaşanmaz səviyyəyə gəlib çatıb. Müharibə, terror və od-alov həmin ölkələrin sakinlərini didərgin salıb. Onlar ailələri ilə birlikdə, kütləvi şəkildə ölkələrini tərk edərək başqa ölkələrdə həyat axtarmaqda davam edirlər. Çox vaxt onların axtarışları Avropada bitməkdədir. Daha doğrusu, Avropa sahillərinə yaxın sularda. Belə ki, gəmilərlə Avropa ölkələrinə yan almağa çalışan zavallı miqrantlar, sahilə çatmamış, müəmmalı şəkildə baş verən gəmi batmaları nəticəsində sularda boğulmaqdadırlar. Elə təkcə ötən həftə sonu 800 nəfərdən artıq miqrantın Avropa sahillərinə yaxın yerdə boğulması faciənin miqyasından aydın xəbər vermiş olur. Bu il ərzində artıq minlərlə liviyalı, suriyalı və sair “ərəb baharlı” ölkələrdən olan miqrant bu cür suda boğulub. Belə çıxır ki, onların kütləvi şəkildə suda tələf olmasına Avropa tamamilə biganə yanaşır. Zatən, son illər ərzində dağılmış ölkələrindən qaçıb Avropada nicat axtarmaq istəyən insanların kütləvi şəkildə boğulmasının davam etməsi və ildən ilə daha da artması da çox mətləblərdən xəbər verirdi. Yəni bu kütləvi ölümlərin qarşısının alınması üçün son dörd il ərzində heç bir kəsərli tədbirin görülməməsi, Avropa Birliyinin bu məsələdə yaxasını kənara çəkməsi çox şey deyirdi. İndi isə Avropa Birliyi rəsmiləri elə rəsmən də bu məsələyə öz “soyuqqanlı” mövqelərini ortaya qoyurlar.

“Triton sahil patrulu axtarış və xilasetmə əməliyyatı üzrə məsul ola bilməz. Mən onu nəzərdə tuturam ki, bizim aktiv axtarış və xilasetmə əməliyyatı üçün tədarükümüz ola bilməz. Bu, bizim mandatımıza uyğun deyil. Həmçinin, anladığıma görə, bu, Avropa Birliyinin də mandatına uyğun deyil”

Belə ki, Avropa Birliyinin sərhəd agentliyinin başçısı Fabrice Leggeri bildirib ki, “Aralıq dənizində miqrantların həyatının xilas edilməsi dəniz patrulları üçün prioritet olmamalıdır”. Bu barədə Böyük Britaniyanın media qurumu “The Guardian” yazır. O, “The Guardian”a müsahibəsində Avropanın Aralıq dənizində baş verən kütləvi miqrant tələbatına cavabdehlik daşımalı olması ilə bağlı məsələyə münasibətini bildirərkən belə deyib. İmmiqrasiya böhranı ilə bağlı Avropa Birliyinin sammiti ərəfəsində, Fabrice Leggeri Triton sahil patrulunu İtaliya sahillərində axtarış və xilasetmə əməliyyatları keçirməkdən azad edib. O, həmçinin, Avropa Birliyinin insane alverçiləri və onların Liviyadakı gəmiləri ilə məşğul olması və bu məsələdə məsuliyyət daşıması barədə öhdəliklərinin mövcudluğuna da şübhə ilə yanaşıb: “Triton sahil patrulu axtarış və xilasetmə əməliyyatı üzrə məsul ola bilməz. Mən onu nəzərdə tuturam ki, bizim aktiv axtarış və xilasetmə əməliyyatı üçün tədarükümüz ola bilməz. Bu, bizim mandatımıza uyğun deyil. Həmçinin, anladığıma görə, bu, Avropa Birliyinin də mandatına uyğun deyil”.

Avropa Birliyi göz önündə boğulan insanları xilas etməyin “mandatlarına uyğun olmadığını” bildirir. Halbuki bu insanlar məhz onların Liviyaya, Suriyaya müdaxilələri nəticəsində normal həyatlarından, evlərindən, doğmalarından məhrum olublar. İndi isə məhz onların “soyuqqanlılığı” üzündən, elə onların gözləri önündəcə, dənizdə həyatlarını itirirlər… Özü də Avropa sahillərinə çatmağa az qalmış, çox müəmmalı şəkildə…

Göründüyü kimi, indiyə qədər insan haqlarından dəm vuran, digər ölkələri insan haqlarına əməl etməyə çağıran, özlərini insan haqlarının qorunduğu mərkəz və demokratiya mənbəyi kimi dünyaya təqdim edən Avropa Birliyi göz önündə boğulan insanları xilas etməyin “mandatlarına uyğun olmadığını” bildirir. Halbuki bu insanlar məhz onların Liviyaya, Suriyaya müdaxilələri nəticəsində normal həyatlarından, evlərindən, doğmalarından məhrum olublar. İndi isə məhz onların “soyuqqanlılığı” üzündən, elə onların gözləri önündəcə, dənizdə həyatlarını itirirlər… Özü də Avropa sahillərinə çatmağa az qalmış, çox müəmmalı şəkildə…
İlkin AĞAYEV










 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub
17.02.2019
Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info