Yohannes Xan: “Yaxın 10 ildə Aİ-yə qəbul olmayacaq”
Tarix: 23.04.2015 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Ən azı yaxın onillikdə Avropa İttifaqını genişləndirmək planlaşdırılmır, amma əlaqədar ölkələr ilə danışıqlar davam edəcək. Bu barədə Avropa İttifaqının genişlənmə və mehriban qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan Berlində üçüncü Şərq Forumunda məlumat verib. “Ukrinform” Y.Xanın “Yaxın 10 ildə Aİ-yə qəbul olmayacaq” sözlərini sitat gətirib. Avropa komissarı əlavə edib ki, “vəziyyətlə əlaqədar”, bu dövrdə Aİ-yə qəbul “real deyil”. Bununla belə, Avropa komissarı təsəlli verərək deyib: “Bu, o demək deyildir ki, biz danışıqlar aparmırıq”. O deyib: “Bizim vətəndaşlarımızın (Avropa İttifaqı ölkələrinin) buna hazır olmaları üçün namizəd ölkələr iqtisadi nöqteyi-nəzərdən yaxınlaşmalıdırlar”.
Y.Xanın sözlərinə görə, hələlik sorğular göstərir ki, hazırda Aİ-də elə bir ölkə yoxdur ki, onun vətəndaşlarının əksəriyyəti genişlənməyə tərəfdar olsun.
Avropa komissarı bildirib: “Biz yeni üzvün əlavə ödəmələr üçün variant deyil, çox qiymətli üzv olduğunu hamının başa düşməsi üçün məqsədyönlü şəkildə hərəkət etməliyik”.
Avropa Komissiyasının nümayəndəsi ümidvar olduğunu bildirib ki, Avropa İttifaqının növbəti genişlənməsi dövründə “yeni fəsli” məhz Serbiya açacaq.
Y.Xan deyib: “Növbəti dövrdə yeni üzvləri salamlaya bilməyimiz üçün istərdim ki, yeni fəsil açılsın, məsələn, Serbiyadan başlansın”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Avstraliyada ümumi federal seçkilərdə sağ koalisiya qalib gəlib
19.05.2019
Zelenskinin andiçmə mərasimində 60 ölkənin rəsmiləri iştirak edəcək
18.05.2019
ABŞ Fars körfəzi üzərindən uçuşların təhlükəli olması barədə xəbərdarlıq edib
18.05.2019
Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe istefa verib
18.05.2019
İran öz neftini birjada 67,28 dollara satacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info