Şamaxı şagirdlərinin Heydər Əliyevin 92-ci ildönümünə həsr edilmiş konserti
Tarix: 23.04.2015 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Aprelin 21-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş konserti keçirilmişdir.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova çıxış edərək Ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi qayğıdan danışmış, nəsillərə örnək olan zəngin dövlətçilik irsindən söhbət açmışdır. Həmçinin yaradılmış şəraitə görə Dövlət Mahnı Teatrının rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Sonra çıxış edən Bakı şəhər Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin direktoru Gülnarə Səfərova Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, idmana və eləcə də gələcəyimiz olan yaradıcı uşaqlara diqqət və qayğısından danışmışdır.
Daha sonra Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramı təqdim etmişlər.
Konserti mərkəzin xalq çalğı alətləri orkestrinin şagirləri açaraq rəngarəng musiqi nümunələri ilə çıxış etmişlər. Konsert proqramına xalq mahnıları, muğamlar, milli rəqslər, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Əziz Əzizovun, Süleyman Ələsgərovun, Azər Dadaşovun əsərləri ilə yanaşı bir sıra Avropa və rus bəstəkarlarının da əsərləri daxil edilmişdir.
Çıxış zamanı mərkəzin şagirdləri fortepiano, tar, qarmon alətlərində ifa etmiş, konsertdə Respublika müsabiqələri laureatları və diplomantları, həmçinin mərkəzin “Nağaraçalanlar ansamblı” iştirak etmişlər.
Sonda Şamaxı İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə çıxış edərək bütün iştirakçılara uğurlar arzulamış, konsertdə iştirak edən şagirdlərin və onların yetişməsində rolu olan bütün müəllimlərin əməyini xüsusilə vurğulamışdır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info