“Azərbaycandakı dövlət-din münasibətləri, tolerantlıq ənənələri, dünya üçün nümunədir”
Tarix: 23.04.2015 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika Yəhudi İcmasının nümayəndəsi ilə görüşüb.
DQİDK-nın mətbuat xidmətindən verilən məlumata görə, aprelin 23-də Dövlət Komitəsinin sədri M.Qurbanlı Amerika Yəhudi İcmasının nümayəndəsi, hüquq müdafiəçisi Cary B.Lermanı qəbul edib. Görüşdə Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev iştirak edib.
DQİDK sədri M.Qurbanlı qeyd edib ki, yəhudilərin Azərbaycanda məskunlaşmasının 2600 illik tarixi var: "Ölkəmizdə hər zaman yəhudilərə doğma münasibət bəslənilib və indiyə qədər də bu münasibət davam edir. Ölkəmizdə dini etiqad azadlığı tam təmin olunub, bütün dini konfessiyalara bərabər şərait yaradılıb. Digər konfessiya nümayəndələri kimi yəhudilər də öz ibadətlərini, dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər. Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınmış altı yəhudi dini icması var və bu icmalara hər zaman diqqət və qayğı göstərilir”.
Ölkəmizə səfərindən məmnunluqla danışan Cary B.Lerman burada gördüyü iqtisadi inkişafı, eləcə də ölkəmizin tolerantlıq ənənələrini yüksək dəyərləndirib. O qeyd edib ki, Azərbaycanda olduğu müddətdə yəhudi icması, sinaqoqlarla yaxından tanış olmaq imkanı qazanıb. Azərbaycandakı dövlət-din münasibətlərini, tolerantlıq ənənələrini, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqəti xüsusi vurğulayan qonaq, bunun bütün dünya üçün nümunə ola biləcəyini bildirib.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info