Erməni cinayətlərinə aid elektron nəşr hazırlanıb
Tarix: 23.04.2015 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Prezident kitabxanasında “Erməni cinayətləri: Soyqırımı. Deportasiya. Terror” adlı yeddi fəsildən ibarət elektron nəşr hazırlanıb.
Nəşrin 1-ci fəsli “Soyqırımı” adlanır. Bu fəslin birinci bölməsində ermənilərin 1905-1906-cı illərdə Bakıda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və İrəvan quberniyasında azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bəhs edən elmi məqalələr toplanıb.
1915-1920-ci illərdə ermənilərin Şərqi Anadoluda və Cənubi Qafqazda, Cənubi Azərbaycanda törətdikləri soyqırımlara aid araşdırma məqalələr 2-ci bölmədə öz əksini tapıb. Bu bölmədə ermənilərin Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvan quberniyasında və Cənubi Azərbaycanda törətdikləri soyqırımlar haqda məlumat verilib. Bu bölmədə 1915-1920-ci illərdə ermənilərin Şərqi Anadoluda həyata keçirdikləri terror aktları və türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırım haqqında material yerləşdirilib.
Ermənistanın 1991-1994-cü illərdə işğal etdiyi Azərbaycan ərazilərində, o cümlədən Xocalıda törətdikləri soyqırımı cinayətləri və işğalın nəticələrinə aid materiallar 3-cü bölmədə işıqlandırılıb.
“Deportasiya” fəslində azərbaycanlıların indiki Ermənistan ərazisindən 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyasına aid araşdırma materiallar da elektron nəşrdə yer alıb.
Elektron nəşrin 3-cü fəsli “Terror” adlanır. Bu fəsildə erməni terror təşkilatları haqqında qısa məlumat verilir, türk və azərbaycanlı dövlət xadimlərinə, mülki şəxslərə qarşı törədilən terror aktları sadalanır, habelə ruslara qarşı ermənilərin törətdikləri terror əməllərindən bəhs edilir.
“Sənədlər” adlanan 4-cü fəsildə ermənilərin törətdikləri qırğınlara və deportasiyalara aid arxiv sənədləri, fərmanlar, sərəncamlar və digər materiallar toplanıb.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandallıqlar və qırğınlar barədə şahidlərin canlı ifadələri əsasında lentə alınan sənədli filmlər toplanaraq “Videoarxiv” fəslində təqdim olunur.
“E-resurslar” fəslində müxtəlif dillərdə olan 200 kitabın və 300-ə yaxın məqalənin Kitabxananın əməkdaşları tərəfindən hazırlanan tam mətni, layihənin mövzusuna aid 400-dən artıq kitab və avtoreferatın, habelə 2005-2015-ci illərdə Kitabxananın fonduna daxil olan qəzet və jurnallardan seçilmiş 2200 məqalənin biblioqrafiyası istifadəçilərin ixtiyarına verilir.
Azərbaycan və rus dillərində hazırlanmış elektron nəşrin ingilis dilindəki versiyası hazırlanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info