Qafqaz Universitetində mühəndisliklə bağlı layihə
Tarix: 23.04.2015 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Qafqaz Universiteti “BP Azərbaycan” şirkəti ilə birgə “Mühəndislik məktəbinin genişləndirilməsi” layihəsini həyata keçirməkdədir. Layihə üç mərhələdən ibarət olub, birinci mərhələdə universitetin Mühəndislik fakültəsi tərkibində Kimya mühəndisliyi ixtisası açılıb. İkinci mərhələdə isə mexanika mühəndisliyi ixtisası qurulmuş olub, bu ixtisasın tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar qurulub və 09 dekabr 2013-cü il tarixində açılışı olub. Universitet həmin laboratoriyalardakı cihazları və bu cihazlarla aparılan təcrübələri geniş ictimai kütləyə dəqdim etmək üçün “Mexanika mühəndisliyi laboratoriyalarənda bir gün ” adlı tədbir həyata keçirir. Tədbirdə Qafqaz Universitetinin rəhbərliyi, BP-nin nümayəndələri, alimlər, ictimaiyyət nümayəndələri və tələbələr iştirak edib. Rəsmi hissədə universitetin rektoru professor Ahmet Saniç çıxış edib: “ Qafqaz Universiteti ümummilli lider Heydər Əliyevin tövsiyəsi və xeyir duası ilə 1993-cü ildən Azərbaycanda öz fəaliyyətinə başlayıb. Azərbaycanın elm, təhsil və mədəniyyət həyatında özünəməxsus dəst-xətti ilə seçilən universitetimiz, Azərbaycan təhsilinin və dövlətçiliyinin çiçəklənməsi yolunda əzmlə çalışmaqdadır. Qafqaz Universiteti, hal-hazırda 3 fakültə, 2 institut və 25 ixtisasla təhsil fəaliyyətini davam etdirir. TS-EN-ISO 9001:2008 keyfiyyətli idarəetmə və elektron universitet sisteminin tətbiq edildiyi universitetimizdə hazırda 4000-ə yaxın tələbə təhsil alır. Universitetimizdə 17 xarici ölkədən çox sayda tələbə təhsil alır və hal-hazırda bir sıra xarici ölkələrdən dəvət olunmuş professor müəllim tam ştatla elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Qafqaz Universiteti tələbələrin hərtərəfli inkişafına köməklik göstərmək, onlar üçün sağlam tədris şəraiti yaratmaq, ölkə Prezidenti İlham Əliyev cənablarının siyasi kursunu dəstəkləyən gənc nəslin inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq yeniliklər həyata keçirməkdədir.”
“BP-in Azərbaycan” ofisindən isə Qvami Rəhimli, BP ilə Qafqaz Universiteti arasında olan əməkdaşlığın tarixindən danışıb. Mövcud əməkdaşlıq nəticəsində əmək bazarına uyğun ixtisaslı kardların yetişdirilməsi, universitetin maddi texniki bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən uğurlu nəticəsinin olduğunu qeyd edib.
Çıxış edən natiqlər tərəfindən qeyd olunub ki, bu əməkdaşlıq nəticəsində qurulmuş laborotoriyalar tələbələrin nəzəri və praktiki biliklərinin müasir standartlara uyğun şəkildə inkişaf etdirilməsi, ali təhsil müəssisələri ilə sənaye arasında körpü rolunu oynamaqla yanaşı iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılmış uğurlu bir addımdır.
Sonda universitetin mühəndislik fakültəsində oxuyan tələbələr qonaqlara laborotoriyalardakı avadanlıqların iş prinsipi haqda məlumat veriblər. Tələbələr vurğulayıblar ki : “Bu laborotoriyalarda nəzəri biliklərini praktik biliklərə çevirirlər. Bu da bizim müasir texnologiyalardan istifadə etməyi bacaran mütəxəsis kimi hazırlanmağımızda vacib amildir.”









 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info