Heydər Əliyev muzeyində açıq dərs
Tarix: 23.04.2015 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Aprelin 22-də Heydər Əliyev muzeyində “Naxçıvan” Universiteti tələbələrinin iştirakı ilə “Müstəqil Azərbaycan dövlətində Heydər Əliyev amili” mövzusunda açıq dərs keçirilib. Universitetin Tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli tələbələrə məlumat verərək bildirib ki, müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir.
Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin ölməz işıqlı obrazı yaşayır. Ulu öndərin hələ sağlığında əfsanəvi liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bunun sayəsində dahi şəxsiyyət harada olursa-olsun, hadisələrin fövqünə qalxmış, idarəçilik qabiliyyətini reallaşdırmış, fenomen lider imicini qazanmışdır.
Xilaskarlıq missiyası ümummilli liderimizin genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil etmişdir. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik ulu öndərimiz Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq “imzalar içində imzası olmayan”, hətta keçmiş SSRİ məkanında belə, yaxşı tanınmayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilmişdir. 1982-87-ci illərdə fövqəl dövlət olan keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi ən çətin və mürəkkəb sahələrə nəzarət edən ümummilli liderimiz müstəsna təşkilatçılığı, siyasi uzaqgörənliyi, iti zəkası və qibtəolunası işgüzarlığı ilə xalq arasında böyük hörmət və şöhrət qazanmış, Heydər Əliyev fenomeni xarici dövlətlərin tanınmış siyasi liderlərinin, kütləvi informasiya vasitələrinin daim diqqət mərkəzində olmuşdur.
O da vurğulanmışdır ki,Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi yox, həm də yaratdığı dövlətin möhkəmliyinin, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi xalqın qəlbində yaşayır. Qüdrətli siyasətçinin əzmi və iradəsi ilə Azərbaycan dövləti xüsusən 1993-cü ilin ağır hadisələrindən keçib gələrək parçalanıb məhv olmaq təhlükəsindən uzaqlaşa bilmişdir. Azərbaycan iqtisadiyyatı dirçəlmiş,ölkənin sənayesi və kənd təsərrüfatı inkişaf dövrünə qədəm qoymuşdur. Dahi siyasətçinin ölkəmizdə nail olduğu ictimai-siyasi sabitliyinin nəticəsi idi ki, beynəlxalq təşkilatlarla münasibətlər normallaşdı, dünyanın nüfuzlu şirkətlərinin Azərbaycana olan marağı daha da artdı. Bəli Heydər Əliyev hər sahədə misilsiz lider və rəhbər olduğunu bəşəriyyətə öz əməlləri ilə sübut etdi. Ulu öndər xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoydu. O həyatını təhlükələrə ataraq, çiyinlərini çox ağır və çətin işin altına verərək ölkəmizi və xalqımızı bəlalardan qutardı. Həqiqətən də ömrünün qalan hissəsini xalqa qurban verdi və əvəzində əbədiyaşarlıq qazandı.
Sonra muzeyin zəngin eksponatları ilə tanış olan tələbələrə muzeyin direktoru Ramil Orucəliyev ətraflı məlumat vermişdir.
“Naxçıvan” Universitetinin mətbuat xidməti





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info