“Yeni iqtisadi dünya düzəni yaratmalıyıq”
Tarix: 24.04.2015 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


İndoneziya prezidenti: “Bəzi dövlətlərin başqaları üzərində dominantlıq etmək iddiasının qarşısını almaq üçün
dünyanın maliyyə sistemi dəyişməlidir”

Asiya və Afrika dövlətləri BMT-də islahatlar, onun müxtəlif təşkilatlarında bütün millətlər üçün ədalət prinsiplərinə əsaslanan dəyişiklik həyata keçirilməsini tələb edirlər. “Jakarta Globe” qəzetinin məlumatına görə, bunu İndoneziya prezidenti Coko Vidodo Cakartata keçirilən Asiya-Afrika ölkələrinin sammitində çıxış edərkən bildirib.
O qeyd edib ki, qlobal balansın pozulması getdikcə daha çox fiziki boğulma dərəcəsinə çatmaqdadır. Əhalisinin sayına görə dünyanın dördüncü böyük ölkəsinin lideri çıxışında bildirib ki, bəzi dövlətlərin başqaları üzərində dominantlıq etmək iddiasının qarşısını almaq üçün dünyanın maliyyə sistemində islahatlar keçirilməlidir: “Hazırda belə bir fikir formalaşıb ki, dünyanın iqtisadi problemlərini yalnız Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Asiya İnkişaf Bankı həll edilə bilər. Lakin unutmaq lazım deyil ki, bu maliyyə təşkilatları artıq öz dövrlərini yaşayıblar. Ona görə də biz yeni yaranan iqtisadiyyat nəhəngləri üçün açıq olan yeni iqtisadi dünya düzəni yaratmalıyıq”. Sammitdəki çıxışında Yaxın Şərqdəki məsələlərə toxunan İran prezidenti Həsən Ruhani isə bildirib ki, xarici hərbi müdaxilə nəticəsində son vaxtlar Suriya və Yəməndə vəziyyət daha da pisləşib: “Bu regionda xarici hərbi müdaxilə ilə müşayiət edilən böhran və münaqişələr vəziyyəti humanitar fəlakət həddinə gətirib çıxarıb”. Qeyd edək ki, 30-dan artıq dövlət rəhbərinin və 50-dən artıq dövlətin nümayəndəsinin iştirakı ilə İndoneziyada keçirilən sammitinə əsas devizi “Asiya- artım mühərriki, Afrika - ümid qitəsi” adlanır. Sammitdə Rusiyanı Federasiya Şurasının sədr müavini İlyas Umaxanov təmsil edir. Sammitdə Bandunq konfransının 60 illiyi də qeyd edilir. Bir daha xatırladaq ki, Asiya və Afrika ölkələrinin Bandunq konfransı antiimperializm və antimüstəmləkə devizi altında 29 ölkənin iştirakı ilə 1955-ci ilin 18-24 aprel tarixində keçirilib. Onun yekun sənədində müxtəlif siyasi sistem və dövlətlərin dinc yanaşı yaşamanın beş prinsipləri ifadə edilib. Bandunq konfransının daha bir uğuru, Asiya və Afrika xalqlarının vahid cəbhə kimi meydana gəlməsi və 1961-ci ilin sentyabrında Belqradda keçirilən konfransda bunun rəsmi qoşulmama hərəkatına çevrilməsi oldu.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info