Saymon Kleq: “Bakıda Avropanın idman tarixini yaradırıq”
Tarix: 24.04.2015 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


“Ölkə Prezidentinin uzaqgörən siyasəti, onun mövqeyi və bu işə bağlılığı olmasaydı, bütün bunlar mümkünsüz olardı”
“Avropa Oyunlarının Təşkilat Komitəsinin yazdığı tarixin çox əlamətdar bir günüdür. Çünki bu gün biz yarışın açılışına 50 gün qalmasını qeyd edirik. I Avropa Oyunları ilə bağlı cəmi 50 gündən sonra bütün dünya Azərbaycanı seyr edəcək”. Bunu “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
O, Avropada ilk dəfə təşkil olunacaq yarışın açılış mərasiminə 50 gün qalması münasibətilə təşkil edilən tədbirdə bildirib ki, Oyunlara ev sahibliyi etmək Azərbaycanı bütün dünyaya təqdim etmək üçün gözəl fürsətdi: “Bu, həmçinin bizə gözəl, gənc, dinamik inkişaf edən ölkəni bütün dünyaya tanıtmaq üçün imkan yaradır. Biz burada nəinki Azərbaycanın, Avropanın idman tarixini yaradırıq. Təbii ki, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, onun mövqeyi və bu işə bağlılığı olmasaydı, bütün bunlar mümkünsüz olardı. Buna görə də uzun müddət öz qəlbində saxladığı bu xülyanı məhz İlham Əliyevin dəstəyi ilə Avropa olimpiya komitələri həyata keçirə bildi. İnanıram ki, cəmi 50 gündən sonra Azərbaycan bizim həyata keçirdiyimiz bu layihədən olduqca fərəhlənəcək”. Əməliyyatlar üzrə baş direktor bilet satışı ilə bağlı son məlumatları da açıqlayıb. O bildirib ki, satışdan çox məmnundur: “Bildiyiniz kimi, biletlər artıq satışdadır. Tələsin, biletləri əldə edin ki, “Bakı-2015” Oyunlarını siz də seyr edəsiniz. Biletlərin satışı prosesindən razıyam, məmnunam. Bu iş gedir. Paytaxtda bir neçə yerdə satış mərkəzləri qurulub və bu, davam edir. İnsanlar tərəfindən böyük maraq var və böyük növbələr də müşahidə olunur. Dəqiq rəqəm söyləyə bilməyəcəm. Lakin hər gün satış prosesini monitorinq edirəm. Bir sözlə, biletlər satılır və qurtardıqda bununla bağlı məlumat verəcəyik”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Dəniz nəqliyyatı ilə 292 milyon dollarlıq yük daşınıb
17.06.2019
“Bursagaz” və “Kayserigaz”ın SOCAR Türkiyəyə təhvil-təslimi başa çatdı
17.06.2019
Azərbaycanda 1 milyon tona yaxın taxıl yığılıb
17.06.2019
Azərbaycandan 131,1 min ton kimya sənayesi məhsulları ixrac edilib
17.06.2019
Azərbaycan daha 400 avtomobil üçün sifariş alıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info