Çilidə Avropa Oyunlarının təqdimatı keçirilib
Tarix: 24.04.2015 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Çili Respublikasının paytaxtı Santiaqo şəhərində keçiriləcək Güləş üzrə Panamerika Çempionatından öncə Dünya Güləş Birliyi Amerika Şurasının növbəti Konqresi keçirilib. Tədbirdə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da iştirak edib.
Şuraya üzv ölkə federasiyalarının rəhbərləri ilə yanaşı, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvlərinin də qatıldığı Konqresi açıq elan edən Dünya Güləş Birliyi Amerika Şurasının prezidenti Fransisko Eduardo Lee Lopez gündəlikdə duran məsələlər barədə məlumat verərək, tarixdə ilk dəfə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına xüsusi yer ayırıb və Azərbaycanın “Bakı-2015”ə hazırlıq işlərini yüksək qiymətləndirib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev konqresdə geniş təqdimatla çıxış edib. Ölkəmizin Avropa Oyunlarına hazırlığından bəhs edən video və fotoslayd nümayiş etdirildikdən sonra Namiq Əliyev qısa müddət ərzində Avropa Oyunlarına hazırlıqla bağlı görülmüş işlər barədə Konqres iştirakçılarına məlumat verib və ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin hazırlıq prosesini daim diqqət mərkəzində saxladığını bildirib. AGF rəsmisi qeyd edib ki, Oyunların Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında “Bakı-2015”in nəinki Avropanın, eləcə də bütün dünya idmansevərlərinin unudulmaz bayramına çevrilməsi üçün çoxlu sayda yerli və xarici mütəxəssis yüksək əzmkarlıqla çalışır.
“Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda hər il yüzlərlə beynəlxalq səviyyəli idman yarışları təşkil olunur. Biz inanırıq ki, startına 50 gündən az vaxt qalan və ilk dəfə keçiriləcək Avropa Oyunları da dünya idmanı tarixində öz layiqli yerini tutacaq. Azərbaycan dünya miqyaslı idman və digər tədbirlərin təşkili sahəsində zəngin təcrübəyə malikdir. Qazanılmış bu təcrübə I Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqətini Azərbaycana, onun paytaxtı Bakıya cəlb edəcək və 13-28 iyun tarixlərində bütün idman dünyasının nəbzi məhz Bakıda döyünəcək. 20 idman növü üzrə yarışların baş tutacağı Oyunlarda güləş yarışları bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki güləş bizim milli idman növümüzdür. Ölkəmizdə güləşin dərin tarixi kökləri vardır”.
Daha sonra Azərbaycan Güləş Federasiyası tərəfindən Konqres iştirakçıları üçün ziyafət təşkil olunub.
Qeyd edək ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info