“Adi amerikalılar əziyyət çəkən erməni uşaqlarına yardım üçün milyonlarla dollar toplayıblar”
Tarix: 24.04.2015 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


“Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələr XX əsrin ilk kütləvi qətlidir”.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama uydurma erməni soyqırımının 100 illiyi ilə əlaqədar verdiyi bəyanatda bildirib.
“Mən dəfələrlə 1915-ci ildə baş verənlərə öz münasibətimi ifadə etmişəm və bu mövqe dəyişilməz qalır. Faktların tam etiraf edilməsi bizim hamımızın maraqlarına cavab verir”, deyə Barak Obamanın bəyanatında qeyd olunub.
Qeyd edək ki, ABŞ prezidenti növbəti dəfə bəyanatında “soyqırımı” ifadəsindən istifadə etməyib.
Barak Obama bəyanatında Amerika və erməni xalqları arasında olan birliyini xüsusi qeyd edib: “Adi amerikalılar əziyyət çəkən erməni uşaqlarına yardım məqsədilə milyonlarla dollar toplayıblar, Konqres isə ilk beynəlxalq humanitar təşkilat olmuş Yaxın Şərqdə yardımın göstərilməsi üzrə təşkilat təsis edib. Minlərlə erməni ABŞ-da yeni həyata başlayıb və burada Amerika ictimaiyyətinin təməllərindən birinə çevrilmiş güclü diaspora qurub”.
Obama Osmanlı imperiyasında 1915-ci il hadisələrin 100 illiyinin “kədərli məqam” olduğunu bildirib: “Bu, tarixi yaddaşın əhəmiyyəti barədə düşünmək və həmçinin keçmişdə baş vermiş faktların etirafının çətin olsa da mühüm olmasına dair bizim hamımıza bir çağırışdır”, deyə o bildirib.
“ABŞ prezidenti tarixin bu qaranlıq səhifəsini işıqlandırmağa çalışan Roma Papası Fransiskin, türk və erməni tarixçilərinin mövqelərini alqışlayır”, deyə bəyanatda bildirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info