ABŞ minlərlə siyasətçiyə qarşı casusluq edirmiş
Tarix: 24.04.2015 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) illər boyu baş verənlərdən məlumatsız olan Almaniya Federal Kəşfiyyat Xidmətinin (FKX) vasitəsilə Avropada minlərlə şəxslərə qarşı casusluq edib.
“TASS”ın verdiyi xəbərə görə, bu barədə Spiegel Online nəşri məlumat yayıb.
Məlumata görə, MTA aralarında avropalı siyasətçilərin və Aİ-nin kommunikasiya şirkətlərinin olduğu obyektlərə qarşı elektron müşahidənin aparılması üçün məqsədyönlü şəkildə FKX-ya müəyyən məlumatlar (IP-ünvanlar və s.) təqdim edib. Obyektlərin sırasında EADS konserninin və “Eurocopter” helikopter istehsalı müəssisələri kimi strateji əhəmiyyətli şirkətlərin olduğu bildirilir.
Spiegel Online qeyd edir ki, MTA-dan müşahidənin aparılması ilə bağlı daxil olan sorğulardan təxminən 40 mini Almaniya və ya Avropa qanunvericiliyinə zidd olub.
2008-ci ildən FKX əməkdaşları MTA-nın sorğularının heç də Almaniya kəşfiyyatının və ölkənin maraqlarına cavab vermədiyinə diqqət yetirməyə başlayıblar. Daxili yoxlamanın aparılmasına baxmayaraq FKX bilmədən ABŞ kəşfiyyatına məxfi məlumatların ötürülməsi barədə xüsusi xidmət orqanlarının fəaliyyətini əlaqələndirən Federal Kansler İdarəsini məlumatlandırmayıb. Məsələni ört-basdır etməyə çalışan FKX rəhbərliyi sadəcə ABŞ-dan gələcəkdə bu tip sorğular göndərməməyi xahiş edib.
MTA-nın sui-istifadə hallarını təsdiqləyən yeni faktlarla bağlı Almaniyada hakim koalisiya və müxalifət partiyalarının nümayəndələri qəti etirazını bildiriblər. İnsidentlə bağlı Solçular Partiyası dövlətə xəyanətin baş verdiyini iddia edərək FKX rəhbəri Qerhard Şindlerin istefaya göndərilməsini tələb edib.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info