Beynəlxalq konfransda Avropa Oyunları haqqında mәlumat verilib
Tarix: 24.04.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Bolqarıstanın paytaxtı Sofiya şәhәrindә Avropa Xәbәr Agentliklәri Alyansının (EANA) vә Bolqarıstanın BTA xәbәr agentliyinin tәşkilatçılığı ilә keçirilən "Xәbәr agentliklәri vә rәqәmsal tәrәfdaşlıqlar üçün strategiyalar, müxtәliflik, texnologiya, marketinq" mövzusunda konfrans işini davam etdirib.
Konfransda İspaniyanın EFE agentliyinin multimedia mәhsulları departamentinin rәhbәri Xorxe Lopez xәbәr agentliklәrinin yeni sәrhәdlәrindәn danışaraq auditoriya cәlb etmәk üçün yeni vasitәlәri diqqәtә çatdırıb. O qeyd edib ki, çap mediasının getdikcә zәiflәdiyi bir vaxtda xәbәr agentliklәri tәşkilatlar, şirkәtlәr qismindә müştәri axtarışını davam etdirmәlidir.
Rumıniyanın AGEPRESS agentliyinin baş direktoru Aleksandru Giboi sosial mediadan marketinq mәqsәdlәri üçün istifadә etmәk mәsәlәlәrinә diqqәt çәkib. Onun fikrincә, trafikin cәlb edilmәsindә artıq sosial şәbәkәlәrin rolu getdikcә artmaqdadır.
AZӘRTAC-ın baş direktoru Aslan Aslanov qeyd edib ki, sosial media dünyanın hәr yerindә olduğu kimi, Azәrbycanda da böyük sürәtlә inkişaf edir vә informasiya agentliklәrinin qarşısında bu çağırışlara tutarlı cavab tapmaq mәsәlәsi dayanır. "Xәbәr agentliklәri sosial mediadan hәm xәbәr yaymaq vә veb-resurslarına oxucu cәlb etmәk, hәm dә sosial mediadakı mәlumatlardan xәbәr mәnbәyi kimi istifadә etmәyә çalışır. İkinci mәsәlә ilә bağlı qeyd etmәk lazımdır ki, bu, xәbәr agentliklәri qarşısında bir sıra risklәr yaradır. Bu sırada xәbәrin dәqiqliyi vә mәsuliyyәt әsas yerdә dayanır", -deyә o bildirib.
Baş direktor EANA üzvlәrinә bu ilin iyunun 12-28-də Bakıda keçirilәcәk birinci Avropa Oyunları haqqında mәlumat verib. Qeyd olunub ki, bu oyunlar zamanı EANA-ya üzv agentliklәr AZӘRTAC-ın bu möhtәşәm idman tәdbirindәn hazırlayacağı xәbәrlәrә müraciәt edә bilәrlәr.
İki gün davam edәn konfrans işini başa çatdırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info