“Bakı 2015” qərblilərə Azərbaycanın möhtəşəmliyini görmək üçün gözəl yoldur”
Tarix: 24.04.2015 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Çarli Souzvell: “İlk Avropa Oyunlarında yarışmaçılar təcrübəyə yiyələnmək üçün böyük şans əldə edəcəklər”

Milyonlarla insan Azərbaycana gəlib Bakı 2015 ilk Avropa Oyunlarına tamaşa etmək istəyir. Onlardan biri də ingiltərəli Çarli Souzvelldir. O, Azərbaycana həyat yoldaşı Hazel Souzvellə gəlmək istəyir. Qeyd edək ki, “Salam Bakı” deyən Çarli Souzvell 27 yaşındadır və İngiltərənin paytaxtı London şəhərində marketinq sahəsində çalışır. Diaspor Jurnalistləri Birliyi “Azərbaycanın xaricdəki əcnəbi dostları" layihəsi çərçivəsində Çarli Souzvellə müsahibəni təqdim edir.

- Cənab Çarli, Azərbaycanda heç olubsuzmu?
- Mən Azərbaycanda heç vaxt olmamışam. Amma sevə-sevə ora səfər edib sizin gözəl ölkəni görmək istərdim. Sizin ölkənin məftunedici dağları var. Nəhəng və özünəməxsus xüsusiyyəti olan şəhərləriniz var. Mən Bakıda “Alov qüllələri”ni görmək istərdim. Eşitdiyimə görə, Bakıda incəsənət əsərlərinin nümayiş olunduğu çoxlu küçə var. Mən məmnuniyyətlə bu küçələri də görmək istərdim.

- Ümumiyyətlə, siz Azərbaycan haqqında nə düşünürsüz?
-Keçən il mən Gürcüstanda oldum. Bundan sonra Qafqaz regionunu çox sevdim. Buna görə də Azərbaycana gəlməyi çox istəyirəm. Azərbaycanla bağlı şəkillərə çox baxmışam. Həmçinin mən Azərbaycanın füsunkar yeməkləri haqqında eşitmişəm. Çalışacam ki, hökmən orda bir neçə qutab yeyim.

– Böyük Britaniyada əhalinin “Bakı 2015” haqqında hər hansı məlumatı varmı?
-Fikrimcə, Böyük Britaniyada bəzi insanlar “Bakı 2015” haqqında eşidiblər. Amma bizim media və jurnalistlər bu Oyunlar haqqında iyun ayından başlayaraq daha çox məlumatlar verəcəklər.

- Siz “Bakı 2015”Avropa Oyunlarına tamaşa etməyə gələcəksizmi?
- “Bakı 2015”in rəsmi saytına girib, yarışmaya baxmağa gəlmək üçün sorğumu göndərmişəm. Hələ ki, seçilməyimlə bağlı mənə cavab gəlməyib.

- Sizin dostlarınızdan “Bakı 2015”ə baxmağa gəlmək istəyən varmı?
-Bir neçəsi.

- İlk Avropa Oyunlarından sizin gözləntiləriniz nədir?
-Ümid edirəm ki, bizim ölkənin idmançıları velosiped və üzgüçülük yarışlarında bir neçə medal qazanacaqlar. Onu da deyim ki, velosiped və üzgüçülük yarışları mənin sevimli idmanımdır.

- Deyə bilərsizmi, “Bakı 2015” Avropa idmanına necə təsir edəcək?
-Mənim fikrimcə, ilk Avropa Oyunları beynəlxalq səviyyədə daha çox rəqabətli olmaqla xeyir görmüş olacaq. Bu isə Olimpiya Oyunlarına gedən yolda böyük imkanlar yaradır. Gənc yarışmaçılar da bu sahədə təcrübəyə yiyələnmək üçün böyük şans əldə edəcəklər. Həmçinin ilk Avropa Oyunları qərblilərə Azərbaycanın möhtəşəmliyini görmək üçün gözəl yoldur .

-Siz Azərbaycanda neçə gün qalmağı planlaşdırırsız?
- Hələ tam dəqiq bilmirəm. Mən hələ uçuş biletini sifariş verməmişəm. Hər şey plan üzrə getsə, ən azından bir həftə Azərbaycanda qalacağıq.

- Azərbaycanda kimlərlə görüşmək sizə maraqlıdır?
-Kimlərlə görüşəcəyimi dəqiq bilmirəm. Amma yerli xalqla görüşüb mətbəxiniz və içkiləriniz haqqında söhbət etmək istərdim.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info