Ölkəmiz Koreyada keçirilən səyahət sərgisində təmsil olunub
Tarix: 24.04.2015 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Koreyanın Qyonqcu şəhərində “13-cü Dequ Qyonqbuk Səyahət Sərgisi” keçirilir.
Azərbaycanın Koreyadakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərgidə 200-dək yerli və xarici turizm şirkətləri, habelə Koreyada akkreditə olunmuş diplomatik nümayəndəliklər iştirak edir.
Koreyadakı səfirliyimizin təşkilatçılığı ilə ölkəmiz turizm sərgisində “Azərbaycan köşkü” ilə layiqincə təmsil olunub. “Azərbaycan köşkü”ndə nümayiş olunmuş milli xalça nümunələri, musiqi alətləri, milli geyimlər və Azərbaycan mədəniyyətinə dair suvenir və əşyalar sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin, səfirliyin təşəbbüsü ilə Koreya dilində ölkəmizin turizm və istirahət məkanları, tarixi abidələri barədə müxtəlif broşürlar sərgi iştirakçılarına paylanılıb.
Sərgidə Qyonqsanqbuk əyaləti qubernatorunun müavini xanım İn-Seon Li “Azərbaycan köşkü”nü ziyarət edib.
Sərgi aprelin 26-dək davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info