Ağdaşda güzəştli kreditlə 2400 başlıq müasir heyvandarlıq kompleksi yaradılıb
Tarix: 24.04.2015 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağdaş rayonunun Gürcüva kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Ağdaşda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim edilməsi, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağdaş rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan çörək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, cins heyvandarlıq, istixana və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 1742 sahibkara 53 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3700-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10142 investisiya layihəsinin maliyyələşdirilməsinə 421,1 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 34200-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
Şirzad Abdullayev bildirib ki, Prezidentin sərəncamı ilə “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, aidiyyəti dövlət strukturları ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər sırasına dövlətin güzəştli kreditləri hesabına aqroparkların, iri fermer təsərrüfatlarının, “yaşıl market”lərin, ət kəsimi və kiçik həcmli emal müəssisələrinin yaradılmasının dəstəklənməsi və s. daxildir. Qeyd edilib ki, 2015-ci ilin ötən dövrü ərzində verilən kreditlərin 95%-i aqrar sektorun inkişafı ilə bağlı olmuşdur və ilin sonunadək kənd təsərrüfatının inkişafı ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi davam etdiriləcək.
İşgüzar forum çərçivəsində Ağdaş və ətraf rayonlardan olan 72 sahibkara 819,9 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, bağçılıq, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Ağdaş rayonunun Ərəbocağı kəndində güzəştli kredit ayrılmış 2400 başlıq müasir heyvandarlıq kompleksinə baxış keçirilib. Ümumilikdə, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən respublikada illik istehsal gücü 149.2 min ton süd və 2.1 min ton ət olan 23850 başlıq 22 müasir heyvandarlıq kompleksinin yaradılmasına 91.3 milyon manat güzəştli kredit verilib. Artıq illik istehsal gücü 113.1 min ton süd və 1.7 min ton ət olan 19250 başlıq 16 heyvandarlıq kompleksi istifadəyə verilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info