“Avropa Oyunları Azərbaycanda çox böyük müvəffəqiyyətlə keçiriləcək”
Tarix: 24.04.2015 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


“İlk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələr bu Oyunlar keçiriləndən sonra peşman olacaqlar”. Bu barədə “Trend”ə Milli Məclisin deputatı Fəttah Heydərov deyib.
F.Heydərov bildirib ki, bu dairələrin məqsədi Azərbaycanda gedən bugünkü inkişafın üzərinə kölgə salmaqdır: “Azərbaycanda gedən bugünkü inkişaf, yəni ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan bir dövlətin apardığı ağıllı, məqsədyönlü siyasət, Azərbaycanın nüfuzunun artması, dünya dövlətləri içərisində həm iqtisadi, həm də siyasi cəhətdən nümunəvi ölkəyə çevrilməsi bir çox dairələri narahat edir və onlar bu kampaniyanı guya bizim ölkəmizdə gedən inkişafın qarşısını almaq üçün bir vasitə hesab edirlər”.
O, qeyd edib bu dairələr özləri də bilirlər ki, bütün bunlar hamısı yalandır, böhtandır: “Onların heç biri bir şey edə bilməyəcək. Avropa Oyunları Azərbaycanda çox böyük müvəffəqiyyətlə keçiriləcək və bunu qarayaxma ilə məşğul olan dairələr də görüb çox peşman olacaqlar”.
Millət vəkili ilk Avropa Oyunlarının ölkəmizə gətirəcəyi faydalardan da danışıb. F.Heydərov vurğulayıb ki, bu Oyunlarının Azərbaycanda keçirilməsi dövlətimiz, xalqımız üçün böyük tarixi hadisədir: “Əvvəla, bu, Azərbaycanın beynəlxalq aləmdə, inteqrasiya etdiyimiz Avropada necə böyük önəm daşıdığının bariz nümunəsidir. Bu Oyunlar keçirilən müddətdə bütün dünyanın diqqəti Azərbaycanda olacaq və bütün dünya ölkəmizin nə qədər təhlükəsiz, humanist və qonaqpərvər olduğunu görəcək, Azərbaycanın beynəlxalq aləmdə sözünün kəsəri daha da artacaq. Vətənini, dövlətini, xalqını, millətini sevən hər bir azərbaycanlı da təbii ki, belə bir nəhəng idman yarışının məhz Azərbaycanda keçirilməsindən fərəh, qürur hissi duymalıdır”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info