T.Yan: “Azərbaycanda gender siyasətində qazanılan uğurları yüksək qiymətləndirirəm”
Tarix: 24.04.2015 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Ümumçin Qadınlar Federasiyasının nümayəndə heyətinin iştirakı ilə aprelin 24-də “Qadın: ailə və cəmiyyət” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
“Dəyirmi masa”da Azərbaycan və Çin arasında möhkəm dostluq və iqtisadi, sosial, mədəni sahələrdə geniş əməkdaşlıq münasibətlərinin olduğunu deyən Komitənin sədri Hicran Hüseynova dövlətimizin qadın siyasəti haqqında məlumat verib.
Diqqətə çatdırılıb ki, müasir dövrdə, qloballaşma şəraitində dünyanın bir çox, hətta inkişaf etmiş ölkələrində demək olar eyni problemlərə rast gəlinir: miqrasiya və urbanizasiya prosesi, onun mənfi və müsbət tərəfləri, qaçqın və məcburi köçkünlər, qadınlara və uşaqlara qarşı zorakılıq, erkən nikah və s. Bu problemlərin həll olunmasında qadınların rolu böyükdür. XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemləri, Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin zəbt olunması, ölkədə bir milyondan artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi çətin ictimai-siyasi vəziyyət yaratmışdı. Onların 400 mindən çoxunu qadınlar, 300 mindən artığını isə uşaqlar təşkil edirdi. Bütün bu çətınliklərə baxmayaraq, qadınlarımız özlərində güc tapmağı bacardılar. Onlar Azərbaycanın inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində fəal iştirak etməyə başladılar.
Məlumat verilib ki, Azərbaycan əhalisinin 50, 2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışır. Hazırda qadınlarımız həm idarəetmədə, həm də qərarqəbuletmədə təmsil olunurlar. Azərbaycanın 85 rayonu üzrə icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən artaraq 35 faizə qalxıb. Milli Məclisdə deputatların 16 faizini qadınlar təşkil edir. Hüquq mühafizə orqanlarında, elm, mədəniyyət, idman və digər sahələrdə də qadınlarımızın sayı ildən-ilə yüksəlir.
Federasiya katibliyinin rəhbəri xanım Tszyano Yan Azərbaycanda gender siyasətinin həyata keçirilməsi istiqamətində qazanılan uğurları yüksək qiymətləndirib və bu sahədə əməkdaşlığın genişləndirlməsinin vacibliyini vurğulayıb. Təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən T. Yan qeyd edib ki, Federasiya çinli qadınların hüquqlarının müdafiəsi istiqamətində mühüm layihələr həyata keçirir, onların iqtisadi və sosial həyatda iştirakının təmin olunmasında, bərabər hüquqların əldə edilməsində xüsusi rol oynayır.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva bildirib ki, ölkəmizin siyasi, iqtisadi, sosial baxımdan inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, bütün sahələrdə gender bərabərliyinin təmin olunması Azərbaycan qadınının özünü reallaşdırması üçün, eləcə də ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün imkanlar yaradır. Bu isə Azərbaycan dövləti tərəfindən aparılan güclü qadın siyasətinin məntiqi nəticəsidir.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fiduma Hüseynova və digər çıxış edənlər Azərbaycanda gender bərabərliyi istiqamətində görülən işlər barədə məlumat veriblər. Qeyd olunub ki, 1995-ci ildə Pekin Konfransında qadınlarımızın iştirakı müasir qadın hərəkatına yeni bir nəfəs gətirib. Pekin Konfransından sonra qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində müəyyən olunmuş strateji istiqamətlər üzrə ölkəmizdə çox güclü və əsaslı tədbirlər həyata keçirilib.
Azərbaycanın tanınmış ictimai xadimlərinin iştirak etdikləri tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info