Jirinovski Ermənistan və“ erməni soyqırımı“na qarşı çıxdı
Tarix: 24.04.2015 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


“Xarici təhlükə olmasaydı ermənilər Rusiya ilə münasibət saxlamazdılar”

Rusiyanın populyar siyasətçilərindən biri, LDPR lideri Vladimir Jirinovski Dövlət Dumasının bugünkü iclasında “erməni soyqırımı”nı dəstəkləyən qüvvələrə qarşı çıxıb.
“Virtualaz.org” saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Jirinovski bəzi deputatların “erməni soyqırımı”nın 100 illiyi münasibətilə verdiyi xüsusi bəyanatı sərt tənqid edib.
“Bu bəyanat nəyə həsr olunub? Burada kimsə başsağlığından danışır, başsağlığı verir. Başsağlığını yalnız konkret fiziki şəxsin ölümü ilə bağlı verərlər. Dəfn, yas mərasiminə gedin, başsağlığını da orada verin. Burada isə söhbət 100 il bundan əvvəl olmuş hadisələrdən gedir. Siz bu halda başsağlığı verə, bu haqda danışa bilməzsiniz. Ola bilsin ki, yalnız həmrəylikdən danışmaq və ya təəssüflənmək mümkündür. Biz 100 il əvvəlki hadisələrlə bağlı bütün hiss və duyğularımızı ifadə etmişik.
“Qardaş Ermənistan” haqda yazıb danışmağa da heç bir əsas görmürəm. Çünki qardaş dövlətlər və qardaş xalqlar olmur. Bunu Ukraynanın timsalında da gördük. Ukraynadakı ruslar və Rusiyadakı ruslar bir-birinə nəinki qardaş olmadılar, hətta əksinə, düşmənə çevrildilər.
1991-ci ildə ən çox rusu məhz Ermənistandan qovub çıxarmışdılar. Ermənistan bu gün ən monoetnik ölkədir. Ruslar və digər xalqların nümayəndələri hər yerdə var, yalnız Ermənistandan başqa. Ona görə də orada “qardaş Ermənistan” yazmaq lazım deyil. Hə, yaxşı ölkədir, amma bəyanatın mətninə daha quru və ütülü fikirlər yazmaq olardı. Ermənistana başqa ölkələrdən təhlükə olmasaydı, o, Rusiya ilə bu qədər yaxşı münasibətlər saxlayardımı? Mən buna əsla əmin deyiləm. Ermənistanı Finlandiyanın qonşuluğuna köçürün, ondan sonra görün orada necə sərt antirus əhval-ruhiyyə olacaq. Yəni burada məsələnin məğzi coğrafiyadadır, kiminsə kiməsə qardaş olmasında yox” - deyə Jirinovski bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info