“Baku Fires” qrup mərhələsində sonuncu döyüşə çıxır
Tarix: 25.04.2015 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Bu gün Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyası (WSB) liqasının 14-cü turu çərçivəsində “Baku Fires” komandası “Argentina Condors” klubu ilə qarşılaşacaq.
Bu, komandamızın qrup mərhələsində sonuncu görüşü olacaq. Artıq komandaların heyəti açıqlanıb. Belə ki, Murad Rabadanov (52 kq, “Baku Fires”) Rikardo İbarra (“Argentina Condors”), Nəsrəddin Məmmədov (60 kq) Brayan Nunyez, Pərviz Bağırov (69 kq) Luis Alberto Veron, Mixail Dauqalivets (81 kq) Xuan Rizo Patron, Hacı Murtuzəliyev (91 kq-dan yuxarı) Fakundo Qiqlion ilə qarşılaşacaqlar. Albert Səlimov “Rio-2016” Olimpiya Oyunlarına lisenziyanı təmin etdiyindən məşqçilər təcrübəli boksçuya istirahət verməyi qərara alıblar. Onun əvəzinə gənc Nəsrəddin Məmmədov WSB-də debüt edəcək. Həmyerlimiz bu mövsüm 4 döyüşdə məğlub olan B.Nunyezlə üz-üzə gələcək. Argentina klubu cari çempionatda cəmi 1 dəfə qalib gəldiyindən “Baku Fires” bu qarşılaşmanın aşkar favoriti sayılır. Bakı təmsilçisi 29 xalla qrupda ikinci pilləni özünə təmin edib. “Astana Arlans” kollektivi isə 39 xalla turnir cədvəlinin lideridir. Pley-off mərhələsinə vəsiqə qazanacaq “Baku Fires” A qrupunda 3-cü olan klubla qarşılaşacaq. Hazırda Ukrayna komandası 27 xalla 3-cü, Meksika təmsilçisi isə 25 xalla 4-cü pillədədir.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info