Güləşçilərimiz Rumi Uşaq İdman Oyunlarında on iki medal qazanıb
Tarix: 25.04.2015 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


Azərbaycan güləşçiləri Konyada 5-ci Rumi Uşaq İdman Oyunları çərçivəsində keçirilən yarışlarda 12 medal qazanıblar. Yarışda Azərbaycan ilə yanaşı, Bolqarıstan, Qırğızıstan, İran, Makedoniya, Türkiyə və Konya şəhərinin yığma komandaları mübarizə aparıb.
Kiçikyaşlı yeniyetmələrin mübarizəsində məşqçilər Elşad Abdullayev və Namiq Quliyevin rəhbərliyi altında pəhləvanlarımız həm sərbəst, həm də yunan-Roma güləşində qüvvələrini sınayıblar. Güləşçilərimiz yarışı 6 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurublar. Sərbəst güləş yarışlarında güləşçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Tural Əsgərov (38 kq), Məmməd Əhmədov (46 kq), Turan Bayramov (50 kq) və Əbdülxalid Quluzadə (66 kq) qazandırıblar. Turnirdə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşad Əzizov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Məhəmmədəli Quliyev (42 kq), Vahid Əlizadə (58 kq) və Valeh Həmidov (66 kq) bürünc medallara yiyələniblər.
Yunan-Roma güləşində də mübarizə aparan pəhləvanlarımız 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Turan Bayramov (50 kq) və Vahid Əlizadə (58 kq) bütün rəqiblərinə qalib gəliblər. Əbdülxalid Quluzadə (66 kq) gümüş, Valeh Həmidov (66 kq) isə bürünc medal qazanıblar. Yığmamız hər iki növ üzrə komanda hesabında üçüncü yerdə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Barselona“ “Sevilya“nı məğlubiyyətə uğradıb
23.02.2019
İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub oldu
23.02.2019
“Mançester Siti” Emerik Laport ilə yeni müqavilə imzalayıb
22.02.2019
Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info