“Bütün Bakı heyəti Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”
Tarix: 27.04.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


“Bakı-2015” bütün ölkənizin əməyi və səyləri sayəsində baş tutacaq. Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirib”.
Bu fikirləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki aprelin 26-da Bakıda birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimindəki çıxışında səsləndirib.
Cənab Patrik Hikki Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını çatdıraraq deyib: “Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.
Avropa Olimpiya Komitəsinin prezidenti qeyd edib ki, bu məşəl çox mühüm ilk Avropa Oyunlarının açılış mərasiminə aparan yolu işıqlandıracaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Gənclərin kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar təkmilləşdirilməlidir
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı
23.01.2019
Regional konfrans işini panel formatında davam etdirib
23.01.2019
Səfər Mehdiyev Şirvanda vətəndaşları qəbul edəcək
23.01.2019
Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info