“Heredot kuboku” intellektual yarışının qalibləri mükafatlandırılıblar
Tarix: 27.04.2015 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


24 aprel 2015-ci il tarixində Park İnn hotelinin “Dan ulduzu” zalında “Heredot kuboku” adlı intellektual yarış layihəsinin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) elan etdiyi VI qrant müsabiqəsinə təqdim etdiyi “Heredot kuboku” adlı intellektual yarış layihəsi qalib olub.
Layihənin keçirilməsində məqsəd tələbə-gənclərin ölkə və dünya tarixi mövzusunda biliklərini yoxlamaq, onlara yeni biliklər vermək, eyni zamanda tələbələr arasında sağlam intellektual yarış mühitinin yaranmasını təmin etməkdir.
Layihə çərçivəsində müxtəlif ali təhsil müəssisələrindən olan komandalar arasında Azərbaycan və dünya tarixi mövzularında intellektual yarışlar keçirilib.
Mərasimdə qonaq qismində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, AzGF-in aparat rəhbəri Faiq Qürbətov iştirak edib.
Vüsal Quliyev çıxış edərək komandalara uğurlar arzulayıb və onların Azərbaycan tarixinin daha güclü təbliğatına və tarix elminin daha dərindən öyrənilməsinə çağırıb.
Sonda qalib komandalar qiymətli hədiyyələr, diplom və kubokla mükafatlandırılıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info