Gənclərdən Yer Günü aksiyası
Tarix: 27.04.2015 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Bakıda “Yer Günü-365 Gün” ekoloji aksiya keçirilib.
Dünya Yer Günü ilə əlaqədar Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi ATGTİ-nin Ekologiya işçi qrupu ilə birgə “Yer Günü-365 Gün” adlı ekoloji aksiya keçirilib. Tədbirin məqsədi Yer kürəsinin qlobal problemlərinə diqqət çəkmək, bu mövzuda maarifləndirmə aparmaq və gəncləri, eləcə də bütün təbiətsevərləri ətraf mühitə qarşı daha diqqətli olmağa səsləmək olub.
Aksiya Mərkəzi Nəbabət bağında açıq havada 70-ə yaxın gəncin iştirakı ilə baş tutub. Ekoloji tədbir iştirakçıların Nəbabət Bağı ilə tanışlığı, Azərbaycanın zəngin biomüxtəlifliyi, nadir növləri haqqında təqdimatlar və müxtəlif interaktiv ekoloji oyunların keçirilməsi ilə yadda qalıb. WWF-Azərbaycan Nümayəndəliyinin Əməkdaşlıq və əlaqələr üzrə meneceri Sevinc Saruxanova çıxış edərək qeyd edib ki, Yer planeti tarixən müxtəlif istiləşmə, buzlama dövrlərindən keçib və üzərindəki bioloji müxtəliflik zaman-zaman kəskin dəyişib. Son iki yüz ildə isə belə dəyişiklər insanın fəaliyyəti nəticəsində baş verib. Bioloji müxtəlifliyin itirilməsinə, qlobal iqlim dəyişmələrinə səbəb olan insan artıq təbiətə qayğı ilə yanaşmalı, onunla harmoniyada yaşamalıdır. Əks halda insan öz həyatını yer üzərində mümkünsüz edəcək.
Tədbirində davamında seçilmiş iştirakçılar özlərinin ev dostlarını - dibçək gülü və ev heyvanlarını gətirərək aksiya iştirakçılarına təqdim etmiş və onlar haqqında informasiya veriblər. Bundan əlavə komandaya bölünərək və müxtəlif ekoloji mövzularda səhnəciklər hazırlayaraq müxtəlif şüarlar altında nümayiş ediblər. Sonda iştirakçılar sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi 2001-ci ildən başlayaraq fəaliyyət göstərir. Bu müddət ərzində nümayəndəlik Azərbaycanda biomüxtəlifliyin qorunması və inkişaf etdirilməsi istiqamətində bir çox layihələr həyata keçirib. Hazırda Qafqazda bəbirlərin mühafizəsi, ceyranların reintroduksiyası, iqlim dəyişmələrinə qarşı meşə ekosistemlərinin dözümlüyünün artırılması istiqamətində layihələr həyata keçirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info