Luis Faraoni icazəsiz Dağlıq Qarabağa getməsinə peşman olub
Tarix: 27.04.2015 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


“Argentinanın "Tiempo Argentino" qəzetinin redaktor müavini Luis Faraoni 18-23 mart 2015-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyindən onun adı arzuolunmaz şəxslər siyahısına daxil salınıb”.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, Luis Faraoni Azərbaycanın Argentinadakı səfirliyinə məktubla müraciət edərək, Azərbaycanın Ermənistan tərəfindən hərbi yolla işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinin adının arzuolunmaz şəxslər siyahısına salınacağı ilə nəticələnəcəyindən xəbərsiz olduğunu qeyd edib.
O, işğal olunmuş ərazilərə səfərinin Azərbaycanla problem yaratdığına görə çox təəssüf hissi keçirdiyini ifadə edib və bu əməlinin ağırlığını qəbul edərək, eyni hərəkətin gələcəkdə təkrarlanmayacağını bildirib.
Luis Faraoni Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edərək, adının Azərbaycan hökumətinin müvafiq siyahısından çıxarılması məsələsinin nəzərdən keçirilməsini xahiş edib.
Luis Faraoninin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində qərar qəbul olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info