Avropa oyunları qabağı Bakıda yarış keçirildi
Tarix: 27.04.2015 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Gənclər Fondunun dəstəyi ilə yeniyetmə və gənclər arasında boks yarışı keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Əfqan Nəcəfovun müəllifi olduğu “Doğma yurdum - QARABAĞ” layihəsi çərçivəsində Bakıda möhtəşəm boks yarışı keçirilib. Yarışda 62 nəfər müxtəlif çəki dərəcəsində yeniyetmə və gənc idmançı boksçular iştirak ediblər. Yarış Boks İdman Mərkəzində keçirilib. İlk öncə 1- ci Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin ruhuna ehtiram olaraq bir dəqiqəlik süküt elan olunub və bundan sonra dövlət himnimiz hamılıqla canlı olaraq səsləndirilib. Yarış respublika və beynəlxalq dərəcəli hakimlərin müşaiyəti ilə baş tutub. Azərbaycanın əməkdaş məşqçisi, beynəlxalq dərəcəli hakim Nazim Mirhüseynov yarışın baş hakimi olaraq idmançıları obyektiv olaraq dəyərləndirib. Respublika dərəcəli hakimlər Məsmə Səlimova, Cavanşir Talıbov, Əli Əsgərov və Vüqar Əhmədov yarışda iştirak edən idmançılarımızın çıxışlarını diqqətlə izləyiblər. Yarışın hakimi Zaur Abdullayev yarış zamanı zədə alan idmançılarımıza ilkin yardım üçün şərait yaradıb. Yarışın ən qürurverici faktorlarından biri o oldu ki, Avropa çempionu, Dünya 2-cisi və Olimpiya 3- cüsü Teymur Məmmədov da yarışın fəxri qonaqları sırasında idi. Yarışa azarkeşlik edənlər əsasən yarışçıların yaxınları və idmanla maraqlanan siravi gənclər olub.
Yarışın təşkilində və uğurla həyata keçirilməsində " Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova və "SAF Həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasova yaxından iştirak ediblər. Yarışın gedişatı zamanı idmançı gənclərimizə Qarabağla bağlı müxtəlif təbliğat materialları paylanılıb. Eyni zamanda yarışın sonunda idmançılara həvəsləndirici diplomlar və xüsusi simvolik hədiyyələr təqdim olunub.







 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info