İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti yaranır
Tarix: 27.04.2015 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


İtaliyada yaşayan məşhur türk jurnalisti Dündar Keşaplı, Azərbaycanlı ictimai fəal Rəşad Qurbanov iki ölkə arasında əlaqələri gücləndirmək üçün İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətini yaradıblar. Cəmiyyətin media məsələləri üzrə koordinatoru isə Elnur Eltürk təyin olunub.
Xatırladaq ki, Dündar Keşaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. Bu günə qədər dünyanın məşhur futbolçularından müsahibələr alıb. Dündar Keşaplı yeni yaranan cəmiyyətlə bağlı bunları bildirib: “Azərbaycan və İtaliyada yaşayan dostlarımızdan tez-tez belə fikirlər alırdıq ki, iki ölkə arasında əlaqələri daha da yaxınlaşdırmaq və gücləndirmək məqsədi ilə belə bir cəmiyyətin yaranmasına böyük ehtiyac var. Bizdə Rəşad Qurbanovla belə cəmiyyətin yaranmasına qərar verdik. Düşünürəm ki, qazandığımız təcrübə əlaqələrimizin güclənməsinə fayda verər. Xüsusilə, qarşılıqlı idman, mədəniyyət, film, moda və sair istiqamətlərdə fəaliyyətlər həyata keçiriləcək. Eyni zamanda, fəaliyyətimizi fərqli mədəniyyətlərə qarşı çıxanlara mesaj vermək istəyirik ki, mədəniyyət böyük yaxınlaşmanı təmin edir”,-deyə cəmiyyət sədri əlavə edib. Onu da qeyd edək ki, Dündar Keşaplı İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridir. Cəmiyyətin 2015-ci il 6 may tarixində Bakıda təqdimat mərasimi keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Wikipedia”nın özbəkdilli versiyasında “Qara Yanvar” adlı bölmə yaradılıb
21.01.2019
Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info