Avropa Oyunlarına dəstək məqsədilə yarışlar keçirilib
Tarix: 27.04.2015 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Nizami rayon ictimaiyyəti keçirilən idman yarışları ilə I Avropa Oyunlarına dəstəyini ifadə edib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər davam etdirilib.
Basketbol: Aprel ayının 21-də “Start” İdman və Sağlamlıq Kompleksində müxtəlif yaş qruplarından olan uşaqlar arasında basketbol yarışı keçirilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov və başqaları ölkəmizdə idmana olan dövlət qayğısından danışıb.Çıxışlardan sonra yarışa start verilib. Yarışda 8 komanda gücünü sınayıb. Güclü mübarizə şəraitində keçən yarışın sonunda qaliblərə diplomlar təqdim edilib.
Taekvondo: Aprelin 21-də Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində azyaşlılar arasında taekvondo üzrə yarış keçirilib. Yarışda müxtəlif idman hərəkətləri nümayiş etdirən idmançılar komanda şəklində mübarizə aparıblar. Yüksək əzmkarlıq göstərən “Şahinlər” komandasının üzvləri yarışın qalibi olublar. Sonda qaliblərə medal və diplomlar verilib.

Gimnastika: Aprelin 23-də yeniyetmə qızlar arasında bədii gimnastika birinciliyi keçirilib. Yarışda müxtəlif hərəkətlərlə çıxış edən gimnastlar öz məharətlərini nümayiş etdiriblər. Sonda qalib gimnastlar medal və diplomlarla mükafatlandırılıblar.
Qeyd edək ki, aprel ayının 9-dan start verilən tədbirlər seriyası çərçivəsində Nizami rayonunda rəsm, şahmat, voleybol, həndbol, stolüstü tennis, güllə atıcılığı, paint-ball, karate, üzgüçülük, cüdo, ağır atletika, “Breyn-rinq” intellektual yarışlar keçirilib. Bütün yarışların birinci yerlərinin qaliblərinin mükafatları və hədiyyələri may ayında keçiriləcək “Azərbaycan Olimpin Zirvəsində” adlı ümumrayon tədbirində veriləcək.
Qeyd edək ki, keçirilən yarışlar məhz I Avropa Oyunlarının proqramına daxil olan idman növləri üzrə olub. Bu cür geniş tədbirlərin keçirilməsi isə Nizami rayon ictimaiyyətinin iyun ayında keçiriləcək I Avropa Oyunlarına dəstəyinin ifadəsi olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info