“Əl-İttihad”: “Avropa Oyunları Azərbaycanda turizmin inkişafına təkan verəcək”
Tarix: 27.04.2015 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərində ərəb dilində yüksək tirajla dərc olunan nüfuzlu “Əl-İttihad” qəzeti Bakıda keçiriləcək birinci Avropa Oyunlarının yay turizminin inkişafına təkan verəcəyini yazıb.
Azərbaycanın müasir turizm imkanlarından bəhs edən müəllif Nəsrin Dərzi “Sivilizasiyaların mərkəzində füsunkar təbiət” sərlövhəli yazıda may-sentyabr aylarında Azərbaycanın turizm potensialının spesifik xüsusiyyətlərindən bəhs edib. Müəllif bildirib ki, Azərbaycan dövləti ölkənin coğrafi imkanlarını turizmin inkişafı istiqamətində dəyərləndirir və yay mövsümünün turistləri üçün təkcə günəşli çimərliklərdə yox, həm də Qafqaz dağlarının ətəklərində, füsunkar təbiətin qoynunda müalicəvi resurslar, istirahət və gəzinti imkanları təqdim edir.

Yazıda jurnalist Nəsrin Dərzi bu il Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarını böyük idman hadisəsi olmaqla bərabər, həm də turizmin təbliğində və inkişafında yeni mərhələ kimi qiymətləndirib. Qeyd olunub ki, Azərbaycan coğrafi mövqeyi, təbiəti, tarixi və müasir inkişaf potensialı baxımından hazırda postsovet məkanında ən çox üz tutulan turizm ölkəsidir. Bu mənada yay mövsümünə təsadüf edən ilk Avropa Oyunları təkcə idman həvəskarlarının yox, eyni zamanda, turistlərin də maraq dairəsində olacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info