Avropa Oyunlarının idman arenalarına gedən yolların tikintisi başa çatdırılır
Tarix: 27.04.2015 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC I Avropa Oyunlarının idman arenalarına gedən yolların və yol qurğularının tikintisini başa çatdırır.
“Azəryolservis” ASC-dən verilən məlumata görə, uzunluğu 10 km olan Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi işləri başa çatdırılaraq, 2014-cü ilin dekabr ayının 23-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.
Bundan başqa Tədbirlər Planı çərçivəsində həyata keçirilən və nəzərdə tutulan işlər aşağıdakılardan ibarətdir:
- Bakı Olimpiya Stadionuna gedən yolun və yol qovşaqlarının tikintisi (17 km), Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Koroğlu metro stansiyasına qədər yolun tikintisi (stadiondan 3 km-lik hissəsi), Su İdmanı Sarayı ərazisindəki yolların tikintisi (5,4 km), Respublika Stend Atıcılığı İdmanı Kompleksi və Dağ Məkanı üçün Veloparka gedən yolun tikintisi işləri (2,0 km) artıq başa çatdırılıb.
- Stend Atıcılığı İdmanı Kompleksindən, eləcədə Beynəlxalq Avtovağzal ərazisindən Dairəvi Yola çıxış üçün uzunluğu 1 km olan estakada (450 m, 2 hərəkət zolaqlı) və yolun tikintisi işlərinin may ayının 10-da başa çatdırılması nəzərdə tutulur.
- Bakı Dairəvi yolunun 14 kilometrlik şəhərdən çıxan hissəsinin təmiri başa çatdırılıb. Əks istiqamətdə isə işlər may ayının 4-dək başa çatdırılacaq.
- Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə giriş yolunun və dairənin tikintisi işləri də may ayının əvvələrində başa çatdırılacaq.
- Fəxri qonaqların, idmançıların və tamaşaçıların qarşılanması üçün ən çox istifadə ediləcək Heydər Əliyev prospektinin əsas yol hissəsinin təmiri başa çatdırılıb. Yan yolların təmiri işləri isə may ayının 10-dək başa çatdırılacaq.
- Avropa oyunlarının “Məşəl Proqramı”na uyğun olaraq, Suraxanı rayonundakı Atəşgah məbədinə gedən Səttar Bəhlulzadə küçəsinin 9 km-lik hissəsinin təmiri başa çatıb.
- I Avropa Oyunlarının Təşkilat Komitəsinin (BEGOC) yüklərinin saxlanacağı Suraxanı rayonu ərazisindəki anbara gedən uzunluğu 4,1 km olan 2 hərəkət zolaqlı yolun tikintisi də başa çatmaq üzrədir.
- “Məşəl Proqramı” çərçivəsində bütün Azərbaycanı gəzdiriləcək və Atəşgah məbədindən götürüləcək “Azərbaycanın Odu”nun hərəkət marşrutu üzrə də təmir işləri davam etdirilir. Xüsusilə Ağdam rayonu ərazisində 6 km, Xocavəndrayonu ərazisində 4 km, Şamaxı rayonu ərazisində 4 km və s. işlər də başa çatdırılmaq üzrədir.Bundan başqa Əsas yol şəbəkəsində yol nişanlarının, göstərici lövhələrin quraşdırılması və xətlənmə işləri çərçivəsində isə idmançıların, yüksək səviyyəli qonaqların, texniki heyətin, media nümayəndələrin və s. qonaqların hərəkət edəcəyi yol şəbəkəsi boyu “Azəryolservis” ASC-nin gücü ilə bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır.
Xüsusi ilə qeyd edək ki, əsas yol şəbəkəsində eni 3,75 metr olan “Oyunlar zolağı” ayrıca işarələnəcək, hərəkət zolağının kənarlarında 25 sm enində sarı xətt çəkiləcək, asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info