“Pravda.ru”: “Pentaqon kibermüharibə ilə bağlı yeni strategiya elan edib”
Tarix: 27.04.2015 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


“Rusiya bu strategiyanın hədəfləri içərisində yer alır”

ABŞ Pentaqonu(Müdafiə Nazirliyi) ötən həftə kibermüharibə ilə bağlı yeni strategiyasını elan edib. Bu barədə “pravda.ru” yazır. Qeyd edilir ki, sözügedən cəbhədə əsas “təhlükələr” Çin, Rusiya, İran və Şimali Koreyadır. Qeyd edilir ki, Pentaqonda, ilk dəfə olaraq kiberhücum edən tərəflərə qarşı kiberzərbələr endiriləcəyi ilə bağlı mövzu detallı və açıq şəkildə müzakirə olunur. ABŞ müdafiə naziri Eşton Karter özünün Stenford Universitetində çıxışında dörd ay ərzində dördüncü dəfə bəyan edib ki, Obama administrasiyası kiberhücumların effektivliyinin yüksəldilməsi üçün strategiya hazırlayıb.

Devid Morrou: “Ağ evin, Pentaqonun və sair ABŞ qurumlarının yazışmalarına kiberhücumda və onların hakerlər tərəfindən sındırılmasında Rusiyanın günahlandırılması ona görə lazımdır ki, “kibertəhlükəsizliyə görə” milyonlar və milyardlar əldə edilsin”

2011-ci ildə elan edilmiş əvvəlki strategiyada təhlil daha az əhatəli idi və yalnız Pentaqonun kibermüharibələrə cəlb etdiyi yeni arsenala eyham vururdu. Bu strategiyada rəqiblərin adları çəkilmirdi və onlar qeyri-müəyyən şəkildə təqdim edilirdi. Amma prezident Obamanın Şimali Koreya liderlərini amerikan hədəflərinə hücumların sifarişçiləri adlandırması, “kiberterrorçulara sponsorluq edən dövlətlərə qarşı yeni sanksiyaların tətbiqinin elan edilməsi, hakerlərin adlarının çəkilməsi, amerikan korporativ hədəflərinə hücum edən “Xalq-azadedici ordu”sunun üzvü olan beş ölkəyə qarşı ittiham və sair məsələlər ABŞ idarəçilik siyasətində bu məsələdə ciddi dəyişiklikləri əks etdirir.
Amerikan ekspert Devid Morrou qeyd edib ki, Ağ evin, Pentaqonun və sair ABŞ qurumlarının yazışmalarına kiberhücumda və onların hakerlər tərəfindən sındırılmasında Rusiyanın günahlandırılması ona görə lazımdır ki, “kibertəhlükəsizliyə görə” milyonlar və milyardlar əldə edilsin: “Bu isə büdcəyə baxılması ərəfəsində digər “Rusiya təhlükələri” barəsində indiyə qədər verilmiş və gələcəkdə planlaşdırılan bəyanatlarla eyni qəbildəndir”.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info