ABŞ-da polis zorakılığına qarşı yürüş keçirilib
Tarix: 27.04.2015 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


ABŞ-ın Baltimor şəhərində 25 yaşındakı zənci gənc Freddi Greyin polis zorakılığı nəticəsində həyatını itirməsinə qarşı başlayan etirazlar həftə sonu da davam edib. Yürüş xarakterli etiraza iki mindən çox adam qatılıb. Qeyd edək ki, bu, Greyin ölümündən sonra başlayan etirazların ən böyüyü olub.
Saatlar sürən dinc nümayişdə etirazçılar, "Ədalət yoxsa, barış da yox", "Freddi üçün mübarizə edəcəyik", "Freddi ölmək məcburiyyətində deyildi" şüarları səslənib. Ancaq, nümayişin sonuna doğru qruplar şəhərə dağılarkən bəzi nüamyişçilər zorakılığa etiraz edərək, polis maşınları və dükanların şüşələrini sındırıb, polisə plastik şüşələr atıblar.
Baltimor polisi, hadisələrdə ən azı 12 adamın nəzarətə götürüldüyünü bildirib. Baltimor Bələdiyyə başçısı Mayor Stephan Rawlings-Blake nümayişə zorakılığın qarışmasından ötrü təəssüfləndiyini deyib: “Etirazçıların yüzdə 95-dən çoxu dinc bir nümayiş üçün gəliblər. Zorakılığı kiçik bir qrup çıxarıb. Bu, qəbul edilə bilməz".

Xatırladaq ki, aprelin 12-də Baltimorda zənci Grey polis nəzarətinə alındıqdan yarım saat sonra xəstəxanaya yerləşdirilib. Bundan bir həftə sonra Grey xəstəxanada vəfat edib. Qeyd edək ki, bu kimi hadisələrin ABŞ-da baş verməsi ilk deyil. Bu yaxınlarda ABŞ-ın Ferguson, Nyu-York, Klevlənd və North Çarleston şəhərlərində polis zorakılığı nəticəsində zənci vətəndaşların ölüm hadisələri olub. Digər tərəfdən Arizona əyalətində 8 apreldə də polis izlədiyi şübhəlini zərərsizləşdirmək üçün maşını onun üzərinə sürmüşdü. Ölkədə son dövrdə polis zorakılığı nəticəsində ölənlərin hamısının zənci olması, irqçi müzakirələrin artmasına gətirib çıxarır. Bu hal da ABŞ ədliyyə sistemindən narazılığa səbəb olur.
Fuad





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info