“Die Zeit”: “Ukrayna ultramillətçi qruplaşmaların mövcudluğunu etiraf etməlidir”
Tarix: 27.04.2015 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


“Onların strategiyası və baxışları liberal demokratya və hüquqi dövlət ideyalarının tamamilə ziddinədir”

Avropa məmurları vəd olunmuş dəyişikliklərə tələsməyən, hakimiyyətin desentrallaşması prosesini uzadan, ultramillətçi qruplaşmalara barmaqarası yanaşan Ukraynanın hazırkı hakimiyyətindən narazıdır. Bu barədə yazan alman “Die Zeit” qəzetində o da qeyd edilir ki, öz növbəsində, Kiyev, Avropanın ona yardım etməyə hazır olduğuna şübhə ilə yanaşdığını gizlətmir. Bu situasiya isə Qərb jurnalistlərinin diqqətini çəkməkdədir.
Almaniyanın “Die Zeit” qəzetində Anton Şexovçev öz açıqlamasında bildirir ki, Ukrayna hakimiyyətini tənqid etməkdə tanınmış Olqa Kalaşnikova və Olesya Buzinanın öldürülməsinə görə məsuliyyəti “UPA” abbreviatürlü millətçi qrup öz üzərinə götürüb. Onun fikrincə, Ukraynada millətçilərin ictimai fəalları və hakimiyyəti tənqid edənləri öldürməsi versiyası haqqında tamamilə az danışırlar: “Ukrayna hakimiyyəti bütün hallarda ölkədə ultramillətçi qruplaşmaların mövcud olduğunu etiraf etməlidir. Onların strategiyası və baxışları liberal demokratya və hüquqi dövlət ideyalarının tamamilə ziddinədir”.

Qərb dairələri Ukraynada azad fikrə və ictimai fəallara qarşı terror və qətllərə reaksiya vermir. Halbuki, həmin hadisə Qərb marioneti olmayan və “rəngli inqilab” baş verməyən başqa bir ölkədə, yaxud müsəlman ölkəsində baş versəydi, dərhal “Freedom House”, “Human Rights Watch”, “Transparency International”, “Article XIX” kimi “hüquq təşkilatları” aləmə car çəkər, hətta Qərb həmin ölkəyə qarşı sanksiyalar tətbiq olunmasına çağırardı

Qeyd edildiyi kimi, Ukraynada indiki hakimiyyət formalaşandan sonra ultramillətçi, şovinist qruplaşmalar meydan sulamağa, iğtişaşlar törətməyə başlayıblar. Bu isə təsadüfi deyil, çünki birbaşa indiki Ukrayna iqtidarının hakimiyyəti ələ keçirməsindən sonra baş verməkdədir. Xüsusilə qeyd edək ki, ötən oktyabrda, Ukraynada növbədənkənar şəkildə keçirilən parlament seçkiləri ərəfəsində paytaxt Kiyevdə səfərdə olmuşduq və seçki kampaniyasında baş verənləri müşahidə etmək imkanımız vardı. Bu barədə həmin ərəfədə “Palitra”da yazdığımız kimi, seçki kampaniyasında “partiya”, “təşkilat”, hətta “kilsə” adı altında küçələrdə meydan sulayan millətçi qruplaşmaların arqessiv davranışları, şüarları və plakatları da diqqət çəkirdi. (Reportajı bu linkdən oxumaq olar: http://palitranews.az/news.php?id=28326)
Onların digər millətlərə, dinlərə və mədəniyyətlərə dolayı olaraq dözümsüzlük aşılamaları sloqan və plakatlarından da sezilirdi. Xüsusilə diqqətçəkəndir ki, ultramillətçi qruplar müxtəlif adlar altında Ukraynanın ali səviyyəli siyasi, ictimai, mədəni və hətta, dini qurumlarında və aksiyalarında təmsil olunurlar. Onlar ictimai-siyasi aktivlik və təşəbbüslər göstərməkdə tam sərbəstdirlər və bu, çox vaxt onların özləri kimi düşünməyən əhaliyə qarşı aqressiya və fiziki təzyiqləri, diskriminasiyaya yol vermələri ilə müşahidə olunur. Bu da təsadüfi deyil və görünür, Ukraynanın mövcud hakimiyyətinin prioritet siyasi istiqamətlərindən birini təşkil edir.



“Die Zeit”, cəmisi iki son günlər öldürülmüş şəxsin adını qeyd edir. Halbuki son 3 ayda 12 bu cür ictimai fəal qətlə yetirilib, nədənsə bu cür statistika və ümumiləşdirmə aparma “yada düşmür”. Çünki onlar öz layihələri olan indiki Ukrayna hakimiyyətinin ölkədə yaratdığı vəziyyətin mahiyyətinin faş olmasından çəkinirlər

Halbuki, Ukraynada ultamillətçiliyin bu dərəcədə təşviq edilməsi və azad sözə, ifadə azadlığına və multikulturalizmə qarşı onlar vasitəsilə cəbhə açılması nəinki demokratik və hüquqi dövlətçilik prinsiplərinə ziddir, hətta, son aylarda ciddi faciələrə və qətllərə səbəb olmaqdadır. Məsələn, son 3 ay ərzində Ukraynada indiki hakimiyyətə qarşı tənqidi mövqedə olan 12 ictimai fəal öldürülüb. Bu, olduqca böyük göstərici və Ukrayna dünyəvi dövlətçiliyi üçün ciddi həyəcan siqnalıdır. Bu faktı gizlətmək və onun üstündən sükutla keçmək mümkün deyil. Ona görə də iş o yerə çatıb ki, Ukraynanın indiki hakimiyyətinin hamiləri olan Qərb dairələri də təlaşlanıblar. Onlar “Die Zeit” kimi media qurumları vasitəsilə, hamiçilik etdikləri Ukrayna hakimiyyətinin işi bu yerə gətirməsində “Qərbin məsuliyyət daşımadığını sezdirməyə”, bu barədə ictimai rəy formalaşdırmağa çalışırlar. Bunu da ona görə edirlər ki, artıq bu terror və qətl faktlarını cəmiyyətdən və dünyadan gizlətmək mümkün deyil. Amma burada da görməzdən gəlmiş olurlar. Belə ki, “Die Zeit”, cəmisi iki son günlər öldürülmüş şəxsin adını qeyd edir. Halbuki son 3 ayda 12 bu cür ictimai fəal qətlə yetirilib, nədənsə bu cür statistika və ümumiləşdirmə aparma “yada düşmür”. Çünki onlar öz layihələri olan indiki Ukrayna hakimiyyətinin ölkədə yaratdığı vəziyyətin mahiyyətinin faş olmasından çəkinirlər. Çünki bu, eyni zamanda onların özlərinə qarşı ittihamları gücləndirmiş olacaq.
Üstəgəl, Qərb dairələrinin Ukraynada azad fikrə və ictimai fəallara qarşı terror və qətllərə reaksiyası, hələ ki “Die Zeit” səviyyəsindən o yana getmir. Halbuki, həmin hadisə Qərb marioneti olmayan və “uğurlu rəngli inqilab” baş verməyən başqa bir ölkədə, yaxud müsəlman ölkəsində baş versəydi, dərhal “Freedom House”, “Human Rights Watch”, “Transparency International”, “Article XIX” kimi “hüquq təşkilatları” aləmə car çəkər, hətta Qərb həmin ölkəyə qarşı sanksiyalar tətbiq olunmasına çağırardı. Bəs niyə indibu cür “insan haqları” təşkilatları Ukraynada ictimai fəalların ardıcıl olaraq öldürülməsinə göz yumurlar, səslərini çıxarmırlar?! Artıq sözə gərək yox: bu da ikili standartların çılpaq bir nümunəsidir...

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info