İlk Avropa Oyunlarında İrlandiyanın 36 idmançı 10 idman növü üzrə yarışacaq
Tarix: 27.04.2015 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


İrlandiyadan Bakı-2015 Avropa Oyunları üçün ən məşhur idmançı, boksçu Keti Teylor olacaq. London-2012 Olimpiya Oyunlarında boks üzrə 60 kq çəkidə qızıl medal da daxil olmaqla, 17 qızıl medalı olan K.Teylor qadınlar arasında boks tarixində ən çox titulu olan idmançıdır.
28 yaşlı K.Teylor beş ardıcıl dünya çempionatının tituluna, altı ardıcıl Avropa çempionatının tituluna və beş Avropa Birliyi çempionatının taclarına sahibdir. O, həmçinin Bakı-2015 Avropa Oyunlarının idman elçisidir.
Olimpiya Oyunlarında təcrübəsi olan digər irlandiyalı idmançı 44 yaşlı atıcı Derek Börnettdir. O, 2000-ci ildə son dörd Olimpiya Oyunlarında atıcılığın səngər stendi fəndi üzrə yarışlarda iştirak edib.
Badminton oyunçuları Klo Maqi ilə Skott Evans Pekin-2008 və London-2012 oyunlarında, triatlon üzrə idmançı Aylin Reyd isə London Olimpiya yarışlarında iştirak ediblər.
İrlandiyanın missiya rəhbəri Dermot Henihan bildirib: "Biz Bakı-2015 oyunlarında İrlandiyanı təmsil edən ilk idmançılar qrupunu məmnuniyyətlə elan edirik. Biz idmançıların Bakı-2015 üçün ən yaxşı dəstək almaları və hazırlaşmaları üçün hər idman növü ilə çox yaxından işləmişik. Yekun komandada 13 idman növü üzrə təxminən 63 idmançı olacaq. Belə çox idman növlərinin kvalifikasiyaya nail olmasını görmək möhtəşəmdir. İndi biz ümid etməliyik ki, Bakıda hamı ən yaxşı bacarığını nümayiş etdirəcək və kim bilir – bəlkə, bizim bir neçə idmançımız birinci yeri qazandı".
İrlandiyanın hazırkı komanda heyəti:
Kamandan oxatma: Sinead Katbert Kunninqam (qadınlar arasında fərdi), Darren Uolleys (kişilər arasında fərdi)
Su idmanı: Rori MkEvoy (50 m, 100 m, 200 m arxa üstə), Mona MkŞarri (50 m, 100 m, 200 m qurbağa, 50 m sərbəst), Reyçel Bethel (50 m, 100 m, 200 m sərbəst), Daniel Hill (50 m, 100 m, 200 m arxa üstə, 50 m kəpənək, 50 m, 200 m sərbəst), Emma Reyd (50 m, 100 m, 200 m kəpənək), Endru Mur (50 m, 100 m, 200 m qurbağa, 200 m, 400 m fərdi ötürmə), Ceyms Braun (50 m, 100 m, 200 m kəpənək, 200 m, 400 m fərdi ötürmə), Bencamin Doyl (50 m, 100 m kəpənək, 200 m, 400 m fərdi ötürmə), Alan Korbi (50 m, 100 m, 200 m arxa üstə, 50 m qurbağa, 100 m kəpənək, 200 m fərdi ötürmə), Niamh Kilgallen (50 m, 100 m, 200 m qurbağa, 50 m kəpənək), Keyt Baquli (400 m, 800 m, 1500 m sərbəst, 400 m fərdi ötürmə), İseult Hayes (50 m, 10 0m arxa üstə, 50 m, 100 m sərbəst), Nataşa MakManus (1 m, 3 m qadınlar arasında suya tullanma)
Badminton: Klo Magi (qadınlar arasında tək, qarışıq cütlüklər), Coş Magi (kişilər arasında cütlüklər), Reyçel Darraq (qadınlar arasında cütlüklər), Sara Boyle (qadınlar arasında cütlüklər), Skott Evans (kişilər arasında tək), Sem Magi (qarışıq cütlüklər, kişilər arasında cütlüklər)
Basketbol 3×3: Niamh Duyer, Qreyn Duyer, Süzan Makuaya, Orla O’Reyli
Qadınlar arasında boks: Keti Teylor (60 kq), Mişel Uolş (54 kq), Keyr Smit (51 kq)
Cüdo: Eoin Fleminq (kişilər arasında 73 kq)
Karate: Karen Dolfin (qadınlar arasında kata)
Atıcılıq: Derek Börnett (Trap fənni üzrə stendə)
Qadınlar arasında triatlon: Ailin Reyd
Kişilər arasında triatlon: Rassell Uayyt, Aaron O’Brien
Kişilər arasında sərbəst güləş: Aleks Dolli (84 kq), Soslan Tuaev (74 kq)
Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info