İsveçrəni Avropa Oyunlarında nüfuzlu idmançılar təmsil edəcək
Tarix: 27.04.2015 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


İsveçrəni “Bakı-2015” Avropa Oyunlarında təmsil edəcək idmançılar arasında beynəlxalq yarışların qalibi olmuş idmançılar yer alır. 67 kq çəki dərəcəsində Nina Klay taekvondo üzrə qitə çempionu olduğu üçün Avropa Oyunlarında İsveçrənin bu idman növündə qızıl medal qazanmaq şansı yüksək qiymətləndirilir.
O, həmçinin 2013-cü ildə keçirilmiş taekvondo üzrə Dünya Çempionatında bürünc, 2006-cı ildə keçirilmiş Avropa çempionatında isə gümüş medal qazanıb. Bundan başqa, 57 kq çəki dərəcəsində 2008-ci ildə Çində keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş taekvondoçu Manuela Bezzola 2010-cu ildəki Avropa çempionatının bürünc medalçısıdır. 70 kq çəki dərəcəsində cüdo yarışlarında çıxış edəcək Juliane Robra isə Avropa çempionatlarının bürünc medalçısı olduğuna və “London- 2012” Yay Olimpiya Oyunlarında iştirak etdiyinə görə İsveçrənin cüdo yarışlarında medal qazanmağa layiq namizədlərdən biri hesab olunur. Ludovic Çammartin isə keçmiş Olimpiya çempionudur.
İsveçrəni karate yarışlarında 2012-cı və 2013-cü ildə yeniyetmələr arasında Avropa çempionatının qalibi olmuş Elena Quirici təmsil edəcək. Bundan savayı, Raçel Moret stolüstü tennis üzrə üçqat İsveçrə çempionudur. O, dünya çempionatlarında dörd dəfə iştirak edib.
Qeyd edək ki, İsveçrəni birinci Avropa Oyunlarında təmsil edəcək idmançılardan 30-u artıq müəyyənləşib. “Bakı-2015”də isveçrəli idmançılardan 4-ü badminton, 3-ü boks, 4-ü kanoe, kayak və qılıncoynatma, 7-si cüdo, 7-si karate və güləş, 2-si taekvondo, digərləri isə tennis yarışlarında mübarizə aparacaq. İsveçrə Olimpiya Komitəsi növbəti seçimini mayda keçirəcək. İsveçrəni ilk Avropa Oyunlarında məşqçilər də daxil olmaqla 200 idmançının təmsil edəcəyi gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info