Maqnus Karlsen Şəmkirdə birinci oldu
Tarix: 27.04.2015 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirə yekun vurulub. “Synergy Group”un sponsorluğu ilə baş tutan yarışın qalibi norveçli qrossmeyster Maqnus Karlsen olub.
Hazırkı dünya çempionu 9 turdan 7 xal toplamaqla bütün həmkarlarını qabaqlayıb. 5 görüşdə qələbə qazanan Karlsen 4 partiyada sülhə razılaşıb. Şəmkirdə yüksək ustalıq nümayiş etdirən dünya çempionu məğlubiyyət acısı yaşamayan iki şahmatçıdan biri olub. Bununla da Maqnus Karlsen Vüqar Həşimovun Memorialının ikiqat qalibi kimi tarixə düşüb.
Turnirdə ikinci yerə sabiq dünya çempionu Vişvanatan Anand çıxıb. 3 qələbə və 6 heç-heçə sayəsində 6 xal toplayan hindistanlı şahmatçı 9 tur ərzində məğlub olmayıb. Anand yarışın qalibi Maqnus Karlsendən 1 xal geri qalmaqla ikinci yerə layiq görülüb. ABŞ təmsilçisi Uesli So və İtaliya şahmatçısı Fabiano Karuana müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüb. Sabiq dünya çempionu Vladimir Kramniklə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 5-6-cı yerlərdə qərarlaşıb. Ən az xal toplayan Aniş Giri (Hollandiya), Rauf Məmmədov (Azərbaycan), Maksim Vaşye-Laqrav (Fransa) və Mayksl Adams (İngiltərə) 7-10-cu pillələri tutub.
Mükafatlandırma mərasimində yarışın qalibi norveçli Maqnus Karlsenə kubok təqdim olunub. Reqlamentə əsasən, çempion 30 min avro mükafat qazanıb. İkinci yerin sahibi Vişvanatan Anand 20, ilk üçlükdə qərarlaşan Uesli So 15 min avroya sahib çıxıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info