“Avropa Oyunları ölkəmizi dünyada tanıtmaq üçün fürsətdir”
Tarix: 27.04.2015 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Mehmet Akif Ersoy Universitetinin tələbəsi Ruzigar Məmmədli:
“Xarici ölkələrdən olan tələbələrin Avropa Oyunlarına olan marağı qürurvericidir”

Mersin Universitetinin tələbəsi Nəzakət Eminova:
“Tələbə yoldaşlarım və müəllimlərim Avropa Oyunlarını izləməyi çox arzu edirlər”

Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Qeyd edək ki, müstəqil Azərbaycan tarixində ən mühüm hadisələrdən biri olan I Avropa Oyunları öz əhəmiyyətinə və miqyasına görə, Olimpiadaya bərabərdir və qlobal xarakter daşıyır. Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirildiyini deyən ölkə başçısı bildirib ki, Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynayıb: “Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməyib. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var”.
Xaricdə təhsil alan azərbaycanlı tələbələr də Bakıda keçiriləcək birinci Avropa Oyunlarını yüksək qiymətləndirir və bu Oyunların mühüm əhəmiyyəti olduğunu bildirirlər. Bu tələbələrdən biri Türkiyənin Mehmet Akif Ersoy Universitetinin Uluslararası ticarət fakültəsinin tələbəsi Ruzigar Məmmədlidir:
- Düşünürəm ki, 2015-ci il Bakı Avropa Oyunlarının mərkəzinə çevrilməklə bütün dünyanın diqqətini özünə çəkdi. Bu da öz mövqeyində Azərbaycan turizminə öz töhfəsini verir. Bununla yanaşı, Azərbaycan incəsənəti, tarixi, bir sözlə, ölkəmizin mədəniyyəti gün-gündən dünyaya səs salır. Bu, çox sevindirici, qürurverici haldır.
Məlum məsələdir ki, Avropa Oyunları zamanı Bakı diqqət mərkəzində olacaq. Burada qonaqların qarşılanması, oyunların keçirildiyi məkanlar uzun müddət yaddaşlardan silinməyəcək və illər sonra da Vətənimiz xatirələrdə canlanacaq. Ölkəmizin yüksək səviyyədə təbliği dünyaya səs salmağımızda və erməni daşnaqlarının törətdiyi Xocalı soyqırımını dünyaya çatdırmağımızda müsbət rol oynayacaq.
Bu da bir faktdır ki, son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu, o cümlədən bölgələrdə 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılıb. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir.
Tələbə yoldaşlarım da bu Oyunlarla bağlı mənimlə həmfikirdir. Xarici ölkələrdən olan tələbə yoldaşlarımızın Avropa Oyunlarına olan marağı qürurvericidir. Azərbaycan artıq hər mövqedə öz sözünü demiş ölkədir.
Təbii ki, Oyunlarda bir çox idman növləri üzrə yarışlar keçiriləcək. Düzdür, uşaqlıq illərimdən mənim maraq göstərdiyim idman növü futboldur. Hətta 16 yaşıma qədər bu idman növü ilə məşğul olub, özümü bu sahədə inkişaf etdirmişəm. Ancaq Bakı Avropa Oyunlarında da çox gözəl, maraqlı idman növləri təqdim olunacaq.
Bu oyunların gənclərdə idmana marağının artmasında roluna gəldikdə isə qeyd edim ki, Vətənimizdə Avropa Oyunlarının keçirilməsi idmana göstərilən diqqətin bariz nümunəsidir. Gənclər arasında həvəs yaradan bu yarışlar gələcəkdə onların idmanın müxtəlif sahələrində layiqli yer tutacağının göstəricisidir.
Türkiyənin Mersin şəhərində yerləşən Mersin Universitetinin tələbəsi Nəzakət Eminova isə bildirdi ki, hər bir Azərbaycan vətəndaşı kimi belə məsuliyyətli bir işin ölkəmizdə keçirilməsinə görə qürur hissi duyur: “Belə çətin və məsuliyyətli vəzifəni üzərinə götürmək doğrudan da cəsarət tələb edir. Avropa Oyunları kimi ciddi bir yarışın ölkəmizdə keçirilməsi də ölkəmizin nə qədər iddialı, güclü olduğunun bir sübutudur. Azərbaycan bununla bir daha bütün dünyaya öz inkişafını göstərdi.
Avropa Oyunları həm də ölkəmizin beynəlxalq arenalarda, bütün dünyada tanınması üçün bir fürsətdir. Biz həm dövlət, həm də millət olaraq çalışmalıyıq ki, bu fürsəti dəyərləndirək və Azərbaycanımızı bütün dünyada, xarici ölkələrə qarşı layiqincə tanıdaq. Ölkəmizin dünyada tanınması hər birimizin arzusudur və biz hər birimiz Azərbaycan vətəndaşı olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışmalıyıq. Hər bir insan bunu məhz vətəndaşlıq borcu olaraq görüb, bu yarışlar müddətində Vətənin yaxşı mənada təmsili üçün çalışmalıdır. Düşünürəm ki, bu yarışlardan sonra Azərbaycan haqqında çox məlumatı olmayan insanlar məlumat sahibi olacaqlar və artıq Azərbaycan kimi bir dövlətin varlığından və gücündən xəbərdar olacaqlar. Tələbə yoldaşlarım ilk olaraq belə böyük bir yarışın bizim ölkəmizdə keçiriləcəyini eşidəndə təəccüb hissi keçirdilər. Bu doğrudan da necə məsuliyyətli bir işi öhdəmizə götürdüyümüzü göstərir. Bu yarışları izləmək hər bir insanın istəyidir. Nəinki tələbə yoldaşlarım, hətta universitetdəki müəllimlərim də bu yarışlara gəlmək istədiklərini mənə bildirdilər. Onlar belə böyük layihələrdən sonra Azərbaycana qarşı daha çox maraq duymağa başladılar. Onlar həm Avropa Oyunlarını izləməyi, həm də gündən- günə gözəlləşən Azərbaycanı görməyi çox arzu edirlər.
Mən şəxsən tennis idman növünü çox sevirəm və bu oyunu izləmək mənə xüsusi həzz verir. Dostlarım da, mənim kimi tennis, voleybol, yüngül atletika kimi yarışlara maraq göstərirlər. Düşünürəm ki, sevdiyimiz, maraq göstərdiyimiz bu idman növlərini öz Vətənimizdə, televiziyadan deyil, canlı olaraq izləmək biz idmansevərlərə xüsusi zövq verəcək.
Mən əminəm ki, bu yarışlardan sonra bir çox Azərbaycan gənci idmana daha çox həvəs duymağa başlayacaq. Eyni zamanda düşünürəm ki, bu yarışları izləyən bir çox gəncimiz bundan həvəslənərək böyük uğurlara da imza ata bilər. Belə tədbirlər gənclərimizi ruhlandıracaq və onlarda professional idmançı olma arzularını daha da alovlandıracaq. Ölkə başçımızın idmana olan diqqəti sayəsində gənclərimiz pis vərdişlərdən uzaqlaşır və idmana yönəlirlər. Bu da daha güclü və sağlam bir gələcək nəsil deməkdir. Ölkəmizdə idmana yetərincə diqqət var və bizim ölkəmizdə idmanla məşğul olmaq, digər ölkələrə görə daha asandır. Çünki Azərbaycanda idman növləri ilə məşğul olmaq üçün hər hansı bir məbləğ ödənilmir və istəyən hər kəs istədiyi idman növü ilə məşğul ola bilir. Bu da istedadların üzə çıxmasına şərait yaradır. Olimpiadalarda qazandığımız uğurlar da buna bir daha sübutdur. Əminəm ki, dövlət və millət olaraq bu məsuliyyətli işin öhdəsindən uğurlu bir şəkildə gələcəyik. Ölkəmizə və idmançılarımıza bol uğurlar diləyirəm.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması kimi tarixi missiyanı yerinə yetirib
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info