“Avropa Birliyi Rusiya ilə iqtisadi əməkdaşlıq formaları axtarır”
Tarix: 28.04.2015 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Global Times”: “Almaniya biznes elitası
ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiya ilə
əməkdaşlıq üçün siyasi elitaya təzyiq edir”

“Berlin, Rusiya ilə Avropa Birliyi arasında gələcək əməkdaşlığın memarı rolunda çıxış etməyə hazırlaşır. Artıq Avropa siyasi elitası Vaşinqtonun bütün cəhdlərinə baxmayaraq, Moskva ilə iqtisadi əlaqələrin kəsilməsinin perspektivsiz olduğunu başa düşməyə başlayıb. Avropa Birliyinin Rusiyaya qarşı siyasəti getdikcə yumşalmağa və iqtisadi əməkdaşlıq istiqamətinə doğru hərəkət etməyə başlayıb.
Təbii ki, Vaşinqton bundan çox narahatdır. Ağ Ev hələ də Moskvanı Ukraynadakı münaqişəyə müdaxilə etməkdə ittiham edir”. Bu fikirləri avropalı ekspert Qeorq Üoqopulos Çinin “Global Times” qəzetinə verdiyi açıqlamada bildirib.
Avropa Birliyinin mövqeyi və qitə iqtisadiyyatının lokomotivi kimi çıxış edən Almaniyanın mövqeyi aydındır- Ukrayna iqtisadiyyatını bərpa etmək. Yunan ekspertə görə, gələn ilin yanvarından həyata keçirilməsi planlaşdırılan azad ticarət zonaları haqqında saziş Avropa Birliyinin bu istiqamətdəki mövqeyini ortaya qoymaq üçün ən yaxşı variant ola bilər.
Eyni zamanda, Avropa Birliyi sanksiyalara baxmayaraq, Rusiya ilə iqtisadi əməkdaşlıq formaları axtarır. Məlumdur ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən təklif edilən “Lissabondan Vladivostoka qədər azad ticarət sahəsi” yanaşmasını Almaniya kansleri Angela Mergel və iqtisadiyyat naziri Ziqmar Qabriel ölkələr arasında gələcək əməkdaşlığın perspektivi kimi görürlər. Almaniyanın Ştralzund şəhərində keçirilən iqtisadi forumda bu mövzuya toxunan Merkel Ukrayna və Moldova ilə azad ticarət zonası yaratmağın vacibliyini xüsusi qeyd edib. Kansler bildirib ki, bu layihə Moskvaya qarşı deyil və burada Rusiya üçün də münasib olan model ortaya qoymaq mümkündür. Avropa Birliyi ilə Ukrayna arasında azad ticarət zonasının həyata keçirilməsində gecikmə Brüsselin də mövqeyinə uyğun gəlir. Xatırlatmaq yerinə düşər ki, Brüssel addım-addım Moskvanın inamını bərpa etməyə çalışır.
Berlin, belə hesab edir ki, bu cür əməkdaşlığın memarı kimi çıxış edə bilər. Almaniya biznes elitası ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiya ilə əməkdaşlıq üçün siyasi elitaya təzyiq edir. Çünki onlar başa düşməyə başlayıblar ki, Rusiyanın təcridi yersiz və faydasızdır. Əgər, Ukrayna böhranı Minsk razılaşmasının köməyi ilə uğurla həll olunsa, Avropa Birliyi Moskva ilə fəal əməkdaşlıq etməyə hazırdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info