Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 28 km-i əsaslı təmir olunub
Tarix: 28.04.2015 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən verilən məlumata görə, hazırda daha 4,7 km yolun təmirinə başlanılıb. Təmir işləri 6-cı post-Sumqayit mənzilində aparılır. Artıq köhnə yolun söküntüsü başa çatmaq üzrədir.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 28 km yol əsaslı təmir olunub.
Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.
Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaqdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat
21.02.2019
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir
21.02.2019
Anar Quliyev: “Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info