Baltimorda komendant saatı tətbiq edilib
Tarix: 28.04.2015 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


ABŞ artıq polis zorakılıqları ölkəsinə çevirilir. Bunu son illərin arzuolunmaz statistikası və ümumilikdə az qala hər ay təkrarlanan ölüm hadisələrinə səbəb olan polislərin ehtiyatsızlığı, bəzən də bilərəkdən qaradərililərə qarşı amansızlığının doğurduğu mitinqlərdən də görmək olar. Təsadüfi deyil ki, bütün ştatları əhatə edən etiraz aksiyaları son aylarda daha kütləvi hal alıb.
Son günlərdə də bu ölkə insan haqları ilə bağlı çətin duruma düşüb desək yanılmarıq. Belə ki, artıq ABŞ-ın Merilend əyalətinin Baltimor şəhərində fövqəladə vəziyyət elan olunub. Xarici KİV-lərin yaydığı xəbərə görə, buna səbəb bu yaxınlarda polis zorakılığı nəticəsində dünyasını dəyişən 25 yaşlı qaradərili Freddi Qreyin dəfnindən sonra polislə vətəndaşlar arasında gərginliyin baş verməsi olub. Baş vermiş hadisələr zamanı yerlilər hücum edərək polis və mülki şəxslərə aid avtomobilləri yandırıb, yaxınlıqda olan mağazaları qarət ediblər. Gərginliyin çoxalmasından sonra Merilend qubernatoru Lerri Hoqan bölgəyə Milli mühafizəçilər alayını cəlb edib və əyalətdə fövqəladə vəziyyət elan olunub. Baltimore bələdiyyəsinin sədri Stefani Ravlinqs-Bleyk şəhərdə gecə 22.00-dən səhər 05.00-ə qədər komendant saatı tətbiq olunduğunu, bunun bir həftə davam edəcəyini bildirib.
Qeyd edək ki, baş vermiş gərginliklər zamanı 15 nəfəri polis olmaqla çox sayda insan xəsarət alıb. Xəstəxanaya çatdırılan 2 polisdən birinin vəziyyəti ağırdır. Ən azı 30 nəfər isə polis tərəfindən saxlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Çində gecə klubunun çökməsi nəticəsində 2 nəfər ölüb, 77 nəfər yaralanıb
19.05.2019
Avstraliyada ümumi federal seçkilərdə sağ koalisiya qalib gəlib
19.05.2019
Zelenskinin andiçmə mərasimində 60 ölkənin rəsmiləri iştirak edəcək
18.05.2019
ABŞ Fars körfəzi üzərindən uçuşların təhlükəli olması barədə xəbərdarlıq edib
18.05.2019
Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info