Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Gədəbəydə təlim keçirib
Tarix: 28.04.2015 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Gədəbəy şəhərində “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) haqqında ictimai məlumatlılığın artırılmasına” həsr olunmuş tədbir keçirib. Vətəndaş cəmiyyəti təşkilatları, dövlət qurumları, KİV, bələdiyyə, yerli icmalar və hasilat sənayesi şirkətlərinin 120-dən artıq təmsilçisinin iştirak etdiyi tədbirin məqsədi MHŞT və bu təşəbbüsün Azərbaycanda tətbiqi haqqında məlumatlılığı artırmaq olub. Qeyd etmək lazımdır ki, rayon ərazisində qızıl hasil edilir. Tədbir MHŞT üzrə Katiblik və Dünya Bankının dəstəyi ilə MSŞA Koalisiyası tərəfindən təşkil edilib. Tədbirin təşkili MHŞT üzrə çox tərəfli qrupun fəaliyyət planında nəzərdə tutulub. MSŞA Koalisiyasının Əlaqələndiricisi Əliməmməd Nuriyev tədbirdə iştirakçılara bildirib ki, MHŞT prosesi vətəndaşlar üçün hasilat sənayesindən əldə olunan gəlirlər haqda məlumatları açıqlayır. MSŞA Koalisiyasının Şura üzvü Rafiq Təmrazov "Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü: tarixi ehtiyac və təşəbbüsün inkişaf mərhələləri” mövzusunda təqdimat edərkən vurğulayıb ki, MHŞT hökümətlər, şirkətlər və vətəndaş cəmiyyətləri arasında işgüzar dialoq yaradaraq bütün tərəflərin ölkədə şəffaflığın artırılmasına öz töhfəsini verməsinə imkan verir. MSŞA Koalisiyasının digər Şura üzvü İlqar Hüseynli "Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi" mövzusunda təqdimat edərkən vurğulayıb ki, Gədəbəydə yerləşən bütün QHT və icmaları MHŞT prosesinin imkanlarından istifadə etməyə, MSŞA koalisiyasına qoşulmağa və daha məlumatlı olmağa çağırırıq. Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) hesabatlılığın və yaxşı idarəetmənin artırılması naminə çalışan hökumətlər, şirkətlər və vətəndaş cəmiyyətinin koalisiyasıdır. Neft, qaz və mədən sənayesindən şirkətlərin ödənişi və dövlətin gəlirlərinin tam nəşr olunması və dəyərləndirilməsi ilə MHŞT resurslarla zəngin ölkələrdə yaxşı idarəetməyə töhfə verir. Azərbaycanın MHŞT üzrə vətəndəş cəmiyyəti koalisiyası - Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞA) 2014-cu ilin may ayında 10 illik ildönümünü qeyd edib. Hazırda koalisiyanın 110-dan çox QHT üzvü vardır. Koalisiya ictimai məlumatlandırma sahəsində əsas tərəflərdən biridir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info