IDEA İctimai Birliyi “Uğura gedən yol” layihəsinə start verib
Tarix: 28.04.2015 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi gəncləri ətraf mühit sahəsində ixtisaslaşmağa və bu sahədə çalışmağa həvəsləndirmək məqsədilə aprel ayından etibarən “Uğura gedən yol” adlı layihəyə başlayıb.
Layihə çərçivəsində ekologiya sahəsində təhsil alan və ya bu sahəyə həvəs göstərən gənclərin ətraf mühit və davamlı inkişaf sahələrində peşəkar səviyyədə uğur əldə edən şəxslərlə görüşləri təşkil olunacaq. IDEA İctimai Birliyi bu yolla gəncləri müasir dünyada nüfuzlu sayılan ətraf mühit və davamlı inkişaf sahələrinə yönəltməklə, ölkədə ixtisaslaşan və peşəkar mütəxəssislərin yetişməsinə töhfə vermək niyyətindədir.
“Uğura gedən yol” layihəsi çərçivəsində ilk görüş “Azərsun Holdinq”ə məxsus Azərbaycan Kağız Karton İstehsalı Kombinatının (AKKİK) baş mütəxəssisi Bəxtiyar İsmayılovun iştirakı ilə aprelin 27-i baş tutub.
Görüş zamanı B.İsmayılov gənclərə davamlı inkişaf, o cümlədən təkrar istehsal sahəsindəki təcrübəsi və peşəkar fəaliyyəti, qazandığı uğurların sirləri və özünü inkişaf etdirməyin yolları haqqında geniş məlumat verib. Qeyd olunub ki, sözügedən sahədə çalışmaq maddi baxımdan əlverişli olmaqla yanaşı, ölkəmizin ətraf mühitinin mühafizəsi üçün faydalı hesab olunur. Görüşün sonunda ekspert gəncləri maraqlandıran sualları cavablandırıb.
“Uğura gedən yol” layihəsi çərçivəsində ayda bir dəfə IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və oxşar sahələrdə uğurlu karyera quran insanlarla gənclərin görüşü təşkil olunacaq.
Növbəti görüşlər barədə elanlar IDEA İctimai Birliyinin rəsmi internet səhifəsində və sosial mediada yerləşdiriləcək. Layihə haqqında əlavə məlumat əldə etmək istəyən şəxslər 4976316 şəhər nömrəsi və ya info@ideacampaign.org elektron poçt ünvanı vasitəsilə IDEA İB ilə əlaqə saxlaya bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info