“Ədəbi proses-2014” mövzusunda yaradıcılıq müşavirəsi keçirilib
Tarix: 28.04.2015 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


İlin ədəbi mənzərəsinə Ədəbiyyat İnstitutunda yekun vurulub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 2014-cü ilin ədəbi yekunlarına həsr edilmiş “Ədəbi proses-2014” mövzusunda yaradıcılıq müşavirəsi keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. Ölkəmizdə dövlət rəhbərliyi səviyyəsində son illər elm və təhsilə, mədəniyyət və ədəbiyyata olan qayğının, bu iatiqamətdə aparılan genişmiqyaslı işlərin tənqid və ədəbiyyatşünaslıq elmini də əhatə etdiyini qeyd edən institut rəhbəri müasir dövrdə bədii ədəbiyyatın inkişaf istiqamətləri və perspektivləri barədə məlumat verib. Azərbaycanda ötən ilin ümumi ədəbi mənzərəsini real faktlarla diqqətə çatdıran akademik İsa Həbibbəyli ədəbiyyatşünaslığın ayrı-ayrı janrları üzrə ədəbi prosesin gedişatı və onun hazırkı vəziyyəti barədə ətraflı bəhs edib. Akademik İsa Həbibbəyli qeyd edib ki, müstəqillik dövrünün ədəbiyyatı özünəməxsus inkişaf xüsusiyyətləri ilə fərqli olub milli varlığımızın və mənəvi dəyərlərimizin təbliğində, müasir inkişafın ədəbiyyata dərindən və əsaslı şəkildə əks etdirilməsində, ümumilikdə isə yeni Azərbaycan cəmiyyətinin hərtərəfli bədii portetinin yaradılmasında özünəməxsus fərqli keyfiyyətlərə malikdir. Belə ki, formalaşmaqda olan yeni tipli müasir ədəbiyyatın tədqiq edilib qiymətləndirilməsi də böyük əhəmiyyət kəsb edir. Bu tipli araşdırmalar təhlillər, icmallar və proqnozlar formatında sistemli olaraq davamlı şəkildə aparılmalıdır. Azərbaycan Yazıçılar Birliyinin təmsiçilərinin də iştirakı ilə yaradıcılıq müşavirəsinin keçirilməsinin böyük əhəmiyyətindən danışan akademik İsa Həbibbəyli göstərilən formatda aparılan müzakirələrdən yalnız ədəbiyyat elminin deyil, ümumiyyətlə cəmiyyətimizin fayda götürəcəyi müqabilində işin vacibliyini vurğulayıb. Şair və yazıçılarımızın qələmə aldıqları əsərlər ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən geniş təhlilə cəlb edilməli, Azərbaycan ədəbiyyatının yaşlı və orta nəsil nümayəndələri ilə yanaşı, gənclərin də bədii axtarışları, publisistika və dramaturgiya yaradıcılığı mükəmməl elmi-nəzəri tənqidin süzgəcindən keçirilərək geniş oxucu dairəsinə çatdırılmalıdır.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in Baş redaktoru, yazıçı-publisist Rəşad Məcid müasir dövr Azərbaycan ədəbiyyatının forma və məzmun uyarlığı problemləri, bədii əsər nümunələrinin daha çoxşaxəli tədqiqatı, bir sıra istiqamətlərin müasir dövrün tələbləri rakursunda araşdırılması, ideya qoyuluşu məsələlərindən danışıb. Rəşad Məcid Ədəbiyyat İnstitutunda ikinci ildir ki, keçirilən yaradıcılıq müşavirəsinin bədii ədəbiyyatın daha obyektiv və əhatəli dəyərləndirilməsi istiqamətində böyük əhəmiyyətə malik olduğunu xüsusi qeyd edib. Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi, AYB-nin Tənqid və publisistika seksiyasının rəhbəri Bəsti Əlibəyli və “Əədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan çıxış edərək uzun dövr fasilədən sonra artıq keçən ildən ədəbi proses üzrə yaradıcılıq müşavirəsinə Ədəbiyyat İnstitutunda yenidən start verildiyini əhəmiyyətli elmi-ədəbi hadisə, ədəbi həyatımızın sistemli yekunu və gələcək vəzifələrinin işıqlandırılması kimi dəyərləndiriblər.
Sonra Nizami adına Ədəbiyyat İnstitutunun Əədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin “İlin ədəbi mənzərəsi” mövzusunda geniş və ətraflı məruzəsi dinlənilib. Tənqidçi alimlərdən Nərgiz Cabbarlı (“2014-cü ilin şeiri”), Elnarə Akimova (“Poemalar”), Aynurə Mustafayeva (“Dramaturgiya”), Qürbət Mirzəzadə (“Tənqid”), Salidə Şərifova (“Ədəbiyyatşünaslıq”), Tehran Əlişanoğlu (“İlin romanları”), Maral Yaqubova (“Povestlər”), Mətanət Vahid (“Hekayələr”), Günay Qarayeva (“Uşaq ədəbiyyatı”), Lalə Həsənova (“Ədəbi gənclik”), Pərvanə Məmmədli (“Cənubda ədəbi proses”), Cavidə Məmmədli (“Bədii tərcümə”) ədəbiyyatşünaslığın müxtəlif janrlarını səciyyələndirən ayrı-ayrı mövzularda məruzə ediblər. Məruzələrdə və çıxışlarda 2014-cü ildə çap olunmuş bədii-publisistik əsərlər konkret misallarla janrlar üzrə ədəbi tənqidin süzgəcindən keçirilib.
Məruzələr ətrafında müzakirələr və diskussiyalar aparılıb, polemika tədbir boyu davam etdirilib, çoxsaylı çıxışlar dinlənilib, təkliflər səsləndirilib.
Sonda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edərək “Ədəbi proses-2014” yaradıcılıq müşavirəsinin işini yüksək dəyərləndirib, bundan sonra da bu səpkidə tədbirlərin mütəmadi olaraq keçirilməsini məqsədəuyğun hesab edib. Akademik İsa Həbibbəyli “Ədəbi proses-2014” yaradıcılıq müşavirəsinin materiallarının toplu şəklində nəşr edilməsi, regionlarda gedən ədəbi prosesin öyrənilməsi zərurəti barədə İşçi qrupuna müvafiq tapşırıqlar verib.
Tədbirdə elmi ictimaiyyətlə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin məsul əməkdaşları, şair və yazıçılar, kütləvi informasiya vasitələrinin və elektron medianın nümayəndələri iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info