“Bizə qarşı kampaniya aparan xarici QHT-lər xüsusi sifariş həyata keçirirlər”
Tarix: 28.04.2015 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


“Anti-Azərbaycan kampaniyasının aparılması əslində, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı narahatlıqdan irəli gəlmir”.
Bunu “Trend”ə hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Sahib Məmmədov son araşdırmalar nəticəsində məlum olan məsələyə - antiazərbaycan kampaniyasının ABŞ Dövlət katibi Con Kerrinin konqresdəki ofisindən idarə olunması, Azərbaycanın cəzalanması üçün onun yaxın gələcəkdə insan hüquqlarının daha çox pozulduğu ölkələrin xəritəsində yerinin möhkəmləndirilməsi üçün işlərin aparılacağı və bunun üçün yerli QHT-lərdən istifadə ediləcəyinə münasibət bildirərkən deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycana qarşı belə kampaniyalar dövlətlər, onların hakimiyyət orqanları tərəfindən təşkil edilir: “Azərbaycana qarşı kampaniya aparan xarici QHT-lər də birbaşa xarici dövlətlərin vəsaiti ilə işləyən, onlardan 100 faiz subsidiya alıb fəaliyyət göstərən və sifarişlərini həyata keçirən təşkilatlardır”.
S.Məmmədov əlavə edib ki, antiazərbaycan kampaniyasının qarşısının alınması üçün yalnız yerli mətbuatda etirazedici yazılar yazmaqla kifayətlənmək lazım deyil: "Azərbaycanla bağlı faktları, reallıqları olduğu kimi təqdim etmək üçün bu hallara qarşı sistemli şəkildə iş aparılmalıdır. Bu iş Azərbaycana qarşı yönələn fikirləri rədd etməkdən ibarət olmalı deyil. Sistemli şəkildə işləmək lazımdır”.
Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanın dünyanın aparıcı dillərində ölkədə insan hüquqlarının qorunması ilə bağlı real vəziyyəti, kütləvi informasiya vasitələrinə dəstəyi əks etdirən resursları artırılmalıdır: “Biz əks işimizi yaxşı qurmalıyıq və Azərbaycanın mövcud strateji vəziyyətini, ölkənin islam dünyasında dünyəvi modelə sahib bir ölkə olduğunu göstərməliyik. Biz belə şeylərə hazır olmalıyıq. Eyni zamanda, vətəndaş cəmiyyəti elə inkişaf etməlidir ki, belə hallar yarandıqda üçüncü sektor mövqeyini bildirsin”.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19.08.2019
Cəbrayıl filialı “Azərxalça”nın nümunəvi emalatxanalarından biridir
19.08.2019
Tofiq Hüseynzadə haqqında “Vikipediya”da üç dildə məqalə yaradılıb
19.08.2019
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info