Çingiz Hüseynzadə Azərbaycana qarşı qarayaxma kampaniyasını pislədi
Tarix: 28.04.2015 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


“İdman oyunları zamanı Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması bəhanədir. Bu kampaniya Azərbaycanın, onun inkişafının əleyhinə aparılan kampaniyadır”.
Bunu “Trend”ə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə son araşdırmalar nəticəsində məlum olan məsələyə - antiazərbaycan kampaniyasının ABŞ Dövlət katibi Con Kerrinin konqresdəki ofisindən idarə olunması, Azərbaycanın cəzalanması üçün I Avropa Oyunlarından istifadə edilməsinə münasibət bildirərkən deyib.
Komitə rəsmisi bildirib ki, idmanın belə çirkin oyunlara qatılması etik baxımdan çox pis hal hesab edilə bilər: “İdman qurumunun rəhbəri kimi bu fikirdəyəm ki, idmanın siyasətlə heç bir əlaqəsi yoxdur. Onların idmanı bu çirkin oyunlara qatmaları əlbəttə ki, etik baxımdan çox pisdir. İdmanla siyasət tamamilə ayrı-ayrı anlayışlardır".
C.Hüseynzadə bildirib ki, Azərbaycana qarşı həyata keçirilən bütün pis əməllər, anti-Azərbaycan kampaniyasını nəinki bir idman qurumunun rəhbər şəxsi, həm də bir Azərbaycan vətəndaşı kimi pisləyir: “Bir Azərbaycan vətəndaşı, bir insan kimi bu məsələləri çox pis qəbul edirəm. Hesab edirəm ki, bu, Azərbaycana qarşı aparılan çıxışlardır”.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info