“ABŞ-ın Kiyevi silahla təmin etməsi Minsk müqaviləsinin pozulmasıdır”
Tarix: 29.04.2015 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


“Vaşinqton Ukraynadakı hərbi manevrlərinə haqq
qazandırmaq üçün Rusiyaya qarşı informasiya savaşı aparır”

“Xarici hərbi qüvvələrin Ukraynaya gəlişindən sonra ölkədəki vəziyyət kritik nöqtəyə çatıb. Belə ki, hazırda sülhün hər hansı şəkildə pozulması münaqişə zonasına Amerika Birləşmiş Ştatları, Kanada və Böyük Britaniya hərbi qüvvələrinin gəlməsinə səbəb ola bilər. Onsuz da “hərbi məsləhətçilər” adı altında ABŞ əsgərləri Ukrayna ərazisindədir. Vaşinqton regionda baş verənləri müxtəlif vasitələrlə öz xeyrinə istiqamətləndirərək özünün hərbi iştirakına haqq qazandırmağa çalışır”.
Bunlar amerikalı jurnalist Finnian Kanningemin gəldiyi qənaətdir. Ekspert qeyd edir ki, Vaşinqtonun Ukraynadakı səfiri Ceffri Payettinin sözlərinə görə, artıq 173 amerikalı əsgər “hərbin sirlərini öyrətmək üçün” Ukraynaya gətirilib. Kanningemin qənaətincə, təlimatçılar ABŞ-da istehsal edilən hərbi texnikanın sirlərini ukraynalı əsgərlərə öyrədir: “Sülhün pozulması Ukraynanın şərqində ciddi siqnala səbəb ola bilər. Belə ki, Amerika Birləşmiş Ştatları Ukraynada baş verə biləcək hər hansı bir açıq hərbi qarşıdurmada tərəf kimi iştirak edə bilər. Qeyd edilməlidir ki, bu savaşda ABŞ-ın yaxın müttəfiqi olan Kanada və Böyük Britaniya da bu döyüşlərə qoşula bilər. Artıq bu ölkələrin də 600-dən artıq hərbçisi Ukraynada “hərbi məsləhətçi” kimi fəaliyyət göstərirlər”. Jurnalistin fikrincə, Ukrayna ərazisində xarici qoşunların iştirakı ilə bağlı vəziyyət kritik nöqtəyə çatıb. Belə ki, Ukraynanın cənub-şərqində barışığın pozulması, yuxarıda qeyd edildiyi kimi, bu hərbi qüvvələrin döyüşlərə müdaxilə etməsinə gətirib çıxara bilər. Kanningem xüsusi olaraq qeyd edir ki, Kiyevin “ölümcül silahlarla” təmin edilməsi və "hərbi məsləhətçilər"in bu ərazilərdəki varlığı artıq Minsk müqavilələrin pozulması deməkdir. Bundan əlavə, Amerika Birləşmiş Ştatları Ukraynadakı hərbi manevrlərinə haqq qazandırmaq üçün Rusiyaya qarşı informasiya savaşı aparır. Amerikalı jurnalistin ABŞ-ın Kiyevdəki səfiri Ceffri Payettinin öz “Twitter” səhifəsində yerləşdirdiyi Rusiya istehsalı olan “ZRK Buk-M2” kompleksinin şəkilini nümunə kimi təqdim edir. Səfir “Twitter” səhifəsində yerləşdirdiyi bu şəkili “Ukraynada Rusiya hava hücumundan müdafiə sistemlərinin ən yüksək mərkəzi” kimi təqdim edir. Qeyd edilməlidir ki, səfirin öz şərhini sübut etmək üçün təqdim etdiyi şəkil, əslində iki il əvvəl “MAKS” aviasalonunda çəkilmiş şəkildir. Amma bununla belə, Vaşinqton Moskvanı “Minsk sazişini pozmaqda” ittiham etməyə cəhd edir və heç də gizlətmir ki, Rusiyanın belə bir hərəkətinə Ağ Ev dərhal cavab verə bilər. Bununla yanaşı, Vaşinqtonun iddialarını təsdiq edəcək hər hansı bir faktın olmamasına rəğmən, ABŞ Dövlət Departamentinin rəsmisi aqressiv ritorikadan istifadə edərək “heç bir şübhə yeri yoxdur ki, Rusiya əsgərləri hazırda Ukraynada mövcuddur” deyə iddia edib. “Lakin bu vəziyyətin acı istehzasından qaçmaq da mümkün deyil: axı elə həmin Amerikadır ki, öz hərbiçilərini “hərbi təlimatçı” adı ilə Ukraynada yerləşdirib” - deyə Kanningem qeyd edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info