“Ukraynaya Qərb və Şərq arasında seçim vermək onu dağıtmaq deməkdir”
Tarix: 29.04.2015 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Çexiyanın sabiq prezidenti: “Rusiya Qərbin bir hissəsidir,
bunu biz qəbul etməliyik”

“Dağlıq Qarabağ və digər münaqişələr Rusiya ilə Qərb arasındakı münasibətlərin nəticəsi deyil. Bu münaqişələr Rusiya və Qərb arasındakı düşmən münasibətlərin davam etdirilməsi ilə həll olunmayacaq”. Bunu Bakıda III Qlobal Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edən Çexiyanın sabiq prezidenti Vatslav Klaus deyib.
Çexiyanın sabiq prezidenti bildirib ki, Ukraynadakı böhrana görə Rusiya və Qərb arasında münasibətlər soyumamalıdır: “Bu, önəmli məqamdır. Biz uzunmüddətli perspektivdən istifadə etməliyik. Hazırda Qərblə Rusiya arasındakı münaqişə iki fundamental fərqli siyasi və sosial-iqtisadi sistemlərin toqquşması deyil. İqtisadi sistemlər nöqteyi-nəzərindən Rusiya Qərbin bir hissəsidir. Bunu biz qəbul etməliyik. Bu iqtisadi sistem bazar iqtisadiyyatının kitab formasından uzaqdır. Amma Avropa da bundan uzaqdır”.
V. Klaus qeyd edib ki, Rusiya Çin, Səudiyyə Ərəbistanı və ya Pakistan deyil: “Bunu qəbul etmək lazımdır. Rusiya ənənəvi olaraq Avropa gücüdür. Rusiya əsrlərlə Avropa tarixinin bir hissəsi olub. Biz sevinməliyik ki, 70 illik kommunist faciəsi bitib. Rusiyanı Avropadan kənarlaşdırmaq səhv addım olar. Rusiyaya şans verilməlidir ki, o öz yeni tarixini yazsın, öz yolunu tapsın və beynəlxalq arenada aktiv oyunçu olsun”. V. Klaus Ukraynada inqilabdan əvvəl daxili sabitliyin çox zəif olduğunu qeyd edib: “Ukrayna-Rusiya və Qərb-Rusiya problemləri fərqlidir. Ukraynada olan böhran ölkənin daxilində başladı. Baş verənlər Ukraynanın uğurlu kommunizmdən bazar iqtisadiyyatına uğursuz keçidinin nəticəsində baş verdi. Bu, Ukraynada Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə uğursuz oldu. Oradakı demokratiya süni şəkildə yaradılmışdı. Çox dərin hərc-mərclik var idi. Maydandan qabaq da daxili sabitlik çox zəif idi və Ukrayna böhranı böyük bir problemə çevrildi. Əslində xaricdən də təsir olmuşdu. Mən hələ ötən il demişdim ki, Ukraynaya Qərb və Şərq arasında seçim vermək onu dağıtmaq deməkdir. Bu, ölkəni həll olunmayacaq bir münaqişələrə gətirib çıxaracaq və münasibətlərin sonu yalnız faciə olacaq. Biz bu gün bunu görürük”.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür
23.03.2019
Dünya Bankı Cənub Qaz Dəhlizinə hər zaman dəstək verməyə hazırdır
23.03.2019
“Şimali Koreya sanksiyalarını geri çəkirəm“
22.03.2019
Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info