“Beynəlxalq güclər onlara sərf edəndə beynəlxalq hüquq normalarına istinad edir”
Tarix: 29.04.2015 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Əli Həsənov: "Regional münaqişələrə son qoymadan beynəlxalq sülhün təmin olunmasının qeyri-mümkünlüyü barədə xəbərdarlıq etmişik”

“SSRİ dağıldıqdan sonra müstəqillik əldə etməsi məqamında bəzi dövlətlərin bir-birinə qarşı yönələn iddialarının təməlində bir tərəfdən tarixən beyinlərində formalaşan arzu və istəklər dayanırdısa, digər tərəfdən də SSRİ-nin varisi olmuş bəzi regional güclərin bilərəkdən bu münaqişələrin ocaqlarının yaratması siyasəti vardı. SSRİ dağıldıqdan sonra belə münaqişə ocaqları Azərbaycan və Ermənistan arasında, Abxaziya və Cənubi Osetiyada Gürcüstanla bu muxtar qurumlar arasında, Moldovada Dnestryanı, Ukraynada, Rusiyanın özündə və digər bölgələrdə yarandı. Biz 1992-ci ildə bu münaqişələrin təhlükəsi haqqında məsələni ilk dəfə ATƏT-in Helsinki sammitində, daha sonra 1994-cü ildə Budapeşt, 1996-cı ildə isə Lissabon, 1998-ci ildə isə İstanbul sammitlərində və sondakı tədbirlərində qaldırmışıq və regional münaqişələrə son qoymadan beynəlxalq sülhün təmin olunması qeyri-mümkün olması barədə xəbərdarlıq etmişik”. APA-nın məlumatına görə, bunu, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov III Bakı Qlobal Forumunda çıxışı zamanı deyib. Ə. Həsənov xatırladıb ki, 1992-93-cü illərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə cavab olaraq, BMT Təhlükəsizlik Şurası 4 dəfə toplanıb və Ermənistan əleyhinə qətnamələr qəbul edib. Qətnamələrin tələbləri Ermənistanın işğal etdiyi əraziləri qeyd-şərtsiz azad etməsi, qoşunların təmas xəttindən çəkilməsi, daha sonra iki dövlət arasında bu münaqişənin yaranması ətrafında danışıqlar aparılması ilə bağlı olub: "Bunun üçün ATƏT-in Minsk qrupunu, daha sonra xüsusi həmsədrlik institutu yaradaraq ABŞ, Fransa və Rusiyanı bura daxil etdilər. Lakin Avropa və dünyada cərəyan edən ikili standartlar nəticəsində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi o 4 qətnamə həyata keçmədi. Buna görə dəDağlıq Qarabağ problemindən ruhlanan Abxaziya və Cənubi Osetiya münaqişəsi Gürcüstanın, Dnestryanı problem Moldovanın ərazi bütövlüyünü təhdid etdi. Bundan ruhlanan digər ərazilərdə, o cümlədən Rusiyanın öz ərazisində - Çeçenistanda, Dağıstanda etnik münaqişələr başlandı. Biz bir daha beynəlxalq aləmə bu məsələlərə prinsipial yanaşmaq lazım olması barədə çağırışlar etdik".
Ə. Həsənov təəssüflə qeyd edib ki, nə BMT öz qərarlarının icrası üçün prinsipial addımlar atıb, nə də Təhlükəsizlik Şurası vahid standartlar çərçivəsində çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və münaqişənin, işğalın qarşısını alıb: "Nəticədə nə baş verdi? Nəticədə Ukrayna məsələsi oldu. Bu gün Ukraynada münaqişəni həll etmək üçün bütün səylərini ortaya qoyan beynəlxalq aləm, Avropa, ABŞ 1992-ci ildən bizim çağırışlara prinsipial münasibət göstərib, Dağlıq Qarabağ münaqişəsi ətrafında vahid standartlardan çıxış edib beynəlxalq hüquq normalarını bərqərar etsəydilər, bu münaqişələr yaşanmazdı”. Ə. Həsənov deyib ki, müasir dünyada münaqişələrin həll edilməməsinin birinci səbəbi beynəlxalq hüquq normalarının pozulması və bu normalara əməl olunmasının BMT Təhlükəsizlik Şurası tərəfindən prinsipal təmin olunmamasıdır: “1992-ci ildən bəri BMT TŞ-nın 4 qətnaməsi havadan asılı qaldığı halda, bir günün içində Küveyt torpaqlarını işğal etmiş İraq bu ərazidən vurulub çıxarıldı. Bir günün içərisində Liviya ilə bağlı qərar qəbul olundu və icra olundu. Bir günün içində Misirə və Yuqoslaviyaya qoşun yeridildi. Serbiya bombalandı və sair. Deməli, söhbət ondan gedir ki, beynəlxalq güclər onlara sərf edəndə beynəlxalq hüquq normalarına istinad edir və onun təmin olunması üçün hərəkətə keçirlər. Amma onlara sərf eləməyəndə öz maraqları çərçivəsində oynayırlar. Bu oynamanın nəticəsində Cənubi Qafqazda sülh hələ də bərqərar olmayıb”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info