Alimlərimizin məqaləsi nüfuzlu jurnalda çap olunub
Tarix: 29.04.2015 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun və MBA Departamentinin direktoru dosent Nazim Hacıyevin “The impact assessment of investment on economic growth in competitive conditions in the Republic of Azerbaijan” adlı elmi məqaləsi “Global journal for research analysis” (IMPACT 3,1218) jurnalında çap edilib.Universitetdən verilən məlumata görə, məqalədə Azərbaycan iqtisadiyyatının statistik məlumatları əsasında Keyns tipli istehlak funksiyasının parametrləri ekonometrik olaraq qiymətləndirilib. Başqa sözlə, istehlaka son hədd meylliliyi tapılaraq avtonom investisiyaların artımının ÜDM-ə təsirini əks etdirən multiplikator müəyyənləşdirilib.
Müəyyən olunub ki, istehlaka son hədd meylliliyi azaldığında multiplikatorun qiyməti də aşağı düşür. Daha sonra akseleratorun qiyməti müəyyən olunaraq təhlillər aparılıb. Təhlilin nəticəsi göstərib ki, istehlaka meylliliyin aşağı düşməsinə baxmayaraq (multiplikativ effektin azalması), akseleratorun qiyməti artmayıb.
Multiplikator və akseleratorun qarşılıqlı təsir modeli əsasında müəyyən edilib ki, multiplikator və akseleratorun mövcud qiymətləri ÜDM-in tərəddüdlü artımına gətirib çıxara bilər.
Məqalənin sonunda ÜDM-in tarazlı artımının yaradılması üçün multiplikator və akseleratorun zəruri qiymətləri verilib və onun əldə olunması istiqamətləri göstərilib.
Məqalənin dərc olunduğu jurnal Thomson Reuters; Google Schoolar; SCIRUS (www.scirus.com); ScienceDirect, Elsevier; SCOPUS; Cite Factor Academic Scientific Journals; Connect Journal; DJQF –Directory of Journal Quality Factor; Eye Source-International Society of Universal Research in Sciences; SOCOLAR; IISS – International Institute for Strategic Studies; CSA – ILLUSTRATA – Leadership in deep Indexing; Jour informatics; International Institute for Research Impact factor Journals (IFJ) indekslərinin üzvüdür.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info